SİFARİŞLİ

Unibankdan dərs ili hədiyyəsi

Hamı övladı üçün ən yaxşı təminatı yaratmaq istəyir. Onlar üçün keyfiyyətli məhsulları,…

Bolkart-dan məktəbli və valideynlərə sürpriz!

3 ay sonra əlavə xərcsiz ödə! “Bank of Baku” Bilik Günü ilə əlaqədar Bolkart sahibləri…

Bakıda daha bir yeni BMW avtomobilinin təqdimatı keçirilib.

“Marja”nın məlumatına görə, dünən Almaniyanın BMW avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “İmprotex Motors” şirkəti tam yeni 3-cü nəsil BMW X5 F15 avtomobilinin təqdimatını keçirərək, satışına başladığını elan edib.

Mərasimdə “İmprotex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov rəqiblərinə mesaj göndərərk deyib ki, boss qayıdır,  X5 modeli bazarda bir az da öz lider mövqeyini möhkəmləndirəcəkdir:

“Yeni 3-cü nəsil X5 istirahət üçün nəzərdə tutulmuş idman tərzli avtomobillərin banisidir. Bilirsiniz ki, yolsuzluq avtomobilini ilk dəfə BMW istehsal edib. Dünya bazarına çıxarıldığı vaxtdan 1,3 milyon nüsxəsi satılan bu model, öz sinifinin ən çox satılan modeli olaraq yeni eraya qədəm qoyur. BMW X5 modelinin 3-cü nəsli güclü, estetik, rahat, müasiryönlü yeni standartlar müəyyən edir. Yeni BMW X5 öz rəqiblərinin klassik əlçatmaz nümunəsinə çevrilmişdir. Sələflərindən tam bənzərsiz  görünüşü, müqayisə edilməz rahatlığı, şübhə doğurmayan təhlükəsizliyi  kimi özəl cəhətləri daha da təkmilləşdirilmişdir. Yollarımızın bossu olan X5 modeli bir az da öz lider mövqeyini möhkəmləndirəcəkdir. Beləliklə, boss qayıdır!”.

X5 modeli dünya bazarında 450 at gücünə malik olan V8 mühərrikli BMW X5 xDrive 50i, 6 silindirli 258 at gücündə BMW X5 xDrive 30d və M Performans nümunəsi olan BMW X5 xDrive M50d versiyaları ilə təklif olunur.

V8 mühərrikli BMW X5 xDrive 50i modeli öncəki model ilə müqayisədə gücü 10% artırıllaraq 450 at gücünə çatdırılmış, orta yanacaq sərfiyyatı isə 16% azaldılmışdır. Bu, BMW TwinPower Turbo texnologiyası sayəsində mümkün olmuşdur.

 BMW X5 xDrive 50i avtomobili 0-100 km saat sürətni 5 saniyəyə yığır, orta yanacaq sərfi isə 100 km-də təxminən 10,5 litr təşkil edir.

Azərbaycanda satışı təşkil edilən BMW X5 xDrive 50i  versiyasının  qiyməti 126 min manatdır.

Qeyd edək ki, “İmprotex Motors” şirkəti 15 ildən çoxdur ki, BMW avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.

Azərbaycan və Türkiyə arasında viza rejimi gələn il ləğv oluna bilər. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Türkiyə mətbuatına verdiyi müsahibəsində bildirib.

Səfir qeyd edib ki, viza rejiminin ləğv olunması istiqamətində işlər davam edir:

“Viza məsələləri ilə bağlı ötən aylarda Azəbaycandan mütəxəssislərdən ibarət böyük bir nümayəndə heyəti Ankaraya gəlib. Yaxın zamanda isə Türkiyədən nümayəndə heyətinin Azərbaycana gəlməsi gözlənilir”.

Mənbə

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz müştərilərini ən mükəmməl data və səs xidmətləri ilə təmin etmək məqsədi ilə şəbəkəyə sərmayə yatırmaqda davam edir.

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan Huawei şirkəti ilə birlikdə Bakcell əsas şəbəkənin unifikasiyası layihəsini uğurla başa çatdırıb.

Səs şəbəkə domeninin unifikasiyası prosesi 2012-ci ilin avqust ayında başlayıb. 2013-cü ilin avqust ayından etibarən səs trafiki tam olaraq yeni, yüksək həcmli və ehtiyat funksiyasına malik kommutasiya avadanlığı üzərindən ötürülməkdədir.

Unifikasiya edilmiş yeni əsas şəbəkə Təkmilləşdirilmiş Telekom Kompüter Arxitektura platforması əsasında qurulub. Gələcək nəsil telekommunikasiya avadanlığı üçün əsaslı və etibarlı vasitə sayılan bu platforma, Bakcell şəbəkəsinə yüksək tutum və çeviklik verərək abunəçilərin etimadını doğrultmaq üçün ən mükəmməl xidmətin göstərilməsinə imkan yaradacaq.

Unifikasiya edilmiş yeni şəbəkə LTE texnologiyasına tam olaraq uyğun gəlir və gələcəkdə LTE üzərindən göstəriləcək səs xidmətləri üçün hazırdır.

“Bizim strategiyamız Bakcell müştərilərini ən üstün şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə ən mükəmməl şəbəkə texnologiyalarının tətbiq edilməsidir. Abunəçilərimizə təklif etdiyimiz qabaqcıl xidmətlərin təkmilləşdirilməsi və ən üstün keyfiyyətin təmin edilməsi üçün bu il bir neçə layihəyə start verilib. Bu layihələrdən biri də məhz əsas şəbəkənin unifikasiyası layihəsidir. Bu layihə Bakcell şəbəkəsinin Azərbaycan bazarında ən müasir şəbəkəyə çevirir və onun gələcək texnologiyalarının tətbiqinə tam hazır olduğunu nümayiş etdirir”,- deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.

Bakcell şirkəti həmçinin texnologiyalardan birgə istifadə layihəsini başa vuraraq tam etibarlı və coğrafi cəhətdən geniş şəbəkə qurub. Texnologiyalardan birgə istifadə trafikin şəbəkənin bütün kommutasiya elementləri arasında avtomatik ötürülməsini və fövqəladə hadisələr zamanı xidmətin mövcudluğunu təmin etmək imkanı verir.

Bakcell cari ilin əvvəlində ümumi şəbəkə tutumunun artırılması və Huawei OSN avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək üçün bütöv transmissiya şəbəkəsinin modernizasiyasını həyata keçirib.

“Bizim poçt sistemindən gözləntilərimiz özünü doğrultmur. Yeni xidmətlər olsa da, yenə də poçtlar banklarla rəqabətdə özünü doğrulda bilmir. Düzdür, dünyanın hər yerində poçtla vəziyyət belədir. Məsələn, Amerikada “Royal Name”, “US Name” kimi poçt qurumları da bizim poçtla eyni vəziyyətdədir. Lakin bu qurumun inkişafı üçün yeni təkliflər həyat keçirmək lazımdır”.

Bu fikri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir poçt sektorunun inkişaf etdirilməsi üçün dövlət poçt obyektlərinin özəlləşdirilməsini təklif etdiklərini vurğulayıb: “Nazirlər Kabinetinin iclasında çıxışlarımdan birində bu təklifi irəli sürmüşəm. Bundan başqa, poçtların mikrokreditlər sisteminə qoşulması da çox yaxşı olar. Bu istiqamətdə danışıqlar aparmaq, müvafiq tərəflərin yardımından istifadə etmək lazımdır. Bəlkə bu mikrokreditlər sistemi olarsa, poçt sistemi də özünü doğrulda bilər”.

Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə (“Azadlıq” meydanının altında) ikimərtəbəli yeraltı avtomobil dayanacağındakı parkinq qiymətləri məlum olub.

Bu barədə məlumatı avtodayanacaq əməkdaşları verib.

Hal-hazırda burada parkinq qiymətləri aşağıdakı kimidir:

0-2 saat- 1 manat;

2-5 saat – 2 manat;

5-12 saat – 3 manat

12-24 saat – 6 manat;

Yeraltı avtodayanacaqda ümumilikdə 2000 parkinq yeri mövcuddur. Beləliklə də, buradakı qiymətlər “Park Bulvar” ticarət mərkəzinin parkinq qiymətlərindən daha ucuz müəyyən edilib.

Yeraltı avtodayanacaqda parkinq ərazisində siqaret çəkilməsinin, “klakson” səs siqnalları verilməsinin və maşınların köndələn park edilməsinin qadağan olması ilə bağlı lövhələr quraşdırılıb.

Xatırladaq ki, sözügedən avtodayanacaq oktyabrın 14-də istifadəyə verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub.

Mənbə

Avropa Komissiyası “Nabucco” qaz kəməri layihəsinin qısaldılmış versiyasını (“Nabucco West”) nəzərdən keçirir.

Belə ki, Avstriyanın OMV şirkətinin uğursuz layihəsi daha da qısaldılaraq Dunay çayının ətrafından keçməsi məsələsinə baxılır. Bunu energetika məsələləri üzrə Avropa komissarı Günter Ottinger bildirib.

Onun sözlərinə görə, Dunay çayının ətrafından keçəcək qaz kəməri “Nabucco West” adlandırılmaya da bilər: “Bu layihənin investorları da başqaları ola bilər. Ancaq əsası odur ki, bu qaz kəməri yenə də bizim üçün olduqca vacib layihə olaraq qalacaq”.

Avropa komissarı qeyd edib ki, Avropa Komissiyası Azərbaycan qazının Türkiyə vasitəsilə Cənubi Avropaya – Yunanıstan və Albaniyaya nəql olunmasını həyata keçirən Trans-Adriatik qaz kəməri layihəsini (TAP) alqışlayır: “Ancaq buna baxmayaraq, alternativ infrastrukturun yaradılmasına da ehtiyac var. TAP və «Nabucco» layihələri arasında seçim edilib. Vacib amil odur ki, Azərbaycan qazı Avropaya çatdırılsın. Bunun üçün isə artıq yol açıqdır”.

Azərbaycanlı turistlər məhz kazinoda qumar oynamaq məqsədilə Gürcüstanda tez-tez qonaq olurlar.

Gürcüstan mətbuatı yazır ki, ölkənin kazinolarının əsas müştəriləri bu cür oyunlar;n qadağan edildiyi ölkələrin turistləri, xüsusilə Azərbaycan və Səudiyyə Ərəbistanının vətəndaşlarıdır. Qumar oyunları 1997-ci ildə neft və təbii qaz ehtiyatları ilə zəngin Azərbaycanda qadağan olunub ki, bu səbəbdən Gürcüstandakı kazinolar azərbaycanlı turistləri cəlb edir.

Dini səbəblərə görə, Səudiyyə Ərəbistanında  da qanunla qumar oyunları qadağan olunub.

Gürcüstan büdcəsinə qumar oyunları biznesindən lisenziya və mənfəət vergisi şəklində ildə təxminən 140 milyon lari gəlir daxil olur, bu da ölkə büdcəsinin 2%-ni təşkil edir. Gürcüstanda qumar biznesində təqribən 7 000 nəfər çalışır.

Gürcüstanda qumar oyunları biznesi son dövrlər ölkədə qeyri-hökumət təşkilatlarının müzakirə mövzusu olub, onlar bu cür oyunların  yeniyetmələrə mənfi təsirini əsas tutaraq qadağan olunmasını irəli sürürlər.

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti tezliklə Mobil Nömrələrin Daşınması Sistemini (Mobile Number Portability - MNP) istifadəyə verəcək. Bunu “Azercell Telekom” şirkətinin prezidenti Kiril Qaburiç bildirib: “Bu sistemin tətbiqi ilə bağlı işlər demək olar ki, yekunlaşır. Biz bu haqda mövqeyimizi açıqlamışıq”.

MNR sisteminin tətbiqinin ləngiməsinə gəlincə isə şirkət rəhbəri qeyd edib ki, bu sahədə təkcə “Azercell” şirkəti deyil, digər mobil operatorlar da iş aparır: “Bu, olduqca böyük işdir. Artıq son testləri edirik və tezliklə bu sistemi istifadəyə verəcəyik”.

Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. “Daşınan nömrələr” xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda, yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınları, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

Mənbə

Azərbaycanın İmişli rayonunun 115 mindən çox sakini səyyar "ASAN Xidmət"dən yararlana biləcək.

Bu barədə cümə axşamı "ASAN Xidmət"in yaydığı məlumatda deyilir. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xatırladaq ki, Səyyar "ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

“Elektron hökumət” portalına elektron xidmətlərin  inteqrasiya olunması istiqamətində işlər davam etdirilir.

Portalın yaydığı məlumta görə, Əmək Məsələləri Dövlət Komitəsi  “Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” adlı səkkiz  xidmətini portal vasitəsilə təqdim edib.

Cümə axşamı, 17 Oktyabr 2013 09:09

Azərbaycanda avtomobilləşmə prosesi sürətlənib

Azərbaycanda  hər 1000 nəfərə düşən avtomobillərin sayında indiyədək ən yüksək artım qeydə alınıb. “Marja”nın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatına görə, ötən il hər 1000 nəfərə düşən avtomobillərin sayı 10 ədəd artaraq 114 ədəddən 124 ədədə yüksəlmişdir.

İndiyədək adambaşına düşən avtombillərin sayının ən çox artımı 9 ədəd olmaqla 2007-ci ildə qeydə alınmışdı.

Respublika üzrə hər 1000 nəfərə 124 avtomobil düşsə də, bu göstərici Bakı şəhəri üzrə daha yüksəkdir-330 ədəd.

2012-ci ildə ilk dəfə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı  100 ədədini ötmüşdür. Əgər 2011-ci ildə Azərbaycanda hər 1000 nəfərə 96 minik avtomobili düşürdüsə,  2012-ci ildə 104 ədəd  minik avtomobili düşüb.

Qeyd edək ki, 1990-2000-c illərdə hər 1000 nəfərə 55 ədəd avtomobil,  26-41 ədəd minik avtomobili düşürdü.

AİLƏLƏRİN YARISININ BİR AVTOMOBİLİ VAR

Son 20 il ərzində  Azərbaycanda hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 16 ədəddən 46 ədədə yüksəlib. Bu da Azərbaycandakı ailələrin orta hesabla təxminən yarısının və yaxud iki ailədən birinin avtomobilinin olması deməkdir.

Bakı şəhərində hər 100 ailəyə 116 ədəd,  Gəncədə 53 ədəd, Sumqayıtda 34 ədəd şəxsi minik avtomobili düşür. Bu göstərici 11 ədəd olmaqla ən aşağı Lerik, Xızı və Siyəzən rayonlarındadır.

2012-ci ilin sonuna olan məlumata görə, ölkədə qeydiyyatda olan 958 min 594 ədəd sərnişin minik avtomobilinin 609 min 426 ədədi (63,5%-i) Bakı şəhəri və qəsəbələrində, 644 min 371 ədədi (67%-i) isə Bakı şəhəri və Abşeron iqtisadi rayonundadır.

Azərbaycana avtomobillərin idxalının artması ilə bərabər, təbii ki, yollarda avtomobillərin sayı da artmışdır. Son 20 il ərzində hər 1 km şosse yollarına düşən avtomobillərin sayı 4 dəfə, son 10 ildə isə 3 dəfə artıb. 2012-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda 1 km şosse yollarına 60 avtomobil düşür.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycana 101 min ədəd avtomobil idxal olunmuşdu ki, bu da indiyədək qeydə alınmış ən böyük sayda avtomobil idxalı idi. 2013-cü ilin 8 ayı ərzində isə, ölkəyə 67 226 ədəd avtomobil gətirilmişdir.

AZƏRBAYCANIN AVTOMOBİL BAZARI “AC” BAZARDIR

Məlumat üçün bildirək ki, hər 1000 nəfərə ABŞ-da 1000 ədəd, Qərbi Avropa ölkələrində 613 ədəd, Şərqi Avropa ölkələrində 318 ədəd, Rusiyada 260 ədəd, Qazaxıstanda 250 ədəd, Türkiyədə 114 ədəd  avtomobil düşür. İslandiya, Lüksemburq və  Yeni Zelandiya dünyada hər 1000 adama düşən avtomobillərin sayının (800 ədəddən çox) yüksək miqdarda olduğu ölkələrdəndir. San-Marino isə 1300 ədəd ilə dünyada birincidir. Qərb ölkələrində bir ailədə bir neçə avtomobil var.

Müqayisə apardıqda məlum olur ki,  ölkəmiz hər 1000 nəfərə düşən avtomobil sayında qərb ölkələrindən geri qalır. Bu baxımdan Azərbaycanın  avtomobil bazarı böyük inkişaf potensialına malikdir və “ac” bazar hesab olunur.

Oktyabrın 14-də Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırmışdır. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Dövlətimizin başçısı bütün bunların aradan qaldırılması üçün paytaxtın Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikilməsi ilə bağlı göstəriş vermişdir. Hər mərtəbəsi 30 min kvadratmetr və ya 2 min avtomobil tutumuna malik olan yeraltı dayanacağın inşasına 2012-ci ildə başlanılmışdır. Ötən dövr ərzində dövlətimizin başçısı mütəmadi olaraq burada həyata keçirilən inşaat prosesinin gedişi ilə maraqlanmış, tikinti işlərinin ən yüksək standartlara uyğun şəkildə icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verirdi. İnşaat işləri qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə başa çatdırılmışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirib ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunmuşdur. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilmişdir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılmışdır. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış vardır. Piyadalar üçün isə 6 keçid inşa olunmuşdur. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılmışdır. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılmışdır. Burada işçilər üçün xüsusi otaqlar yaradılmışdır.

Bazarertəsi, 14 Oktyabr 2013 18:24

Bakcell brendli smartfonlar təqdim edildi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti böyük məmnuniyyətlə yeni və sərfəli kampaniyanı elan edir.

Ölkənin paytaxt və xüsusilə də bölgələrində yüksək keyfiyyətli mobil internet istifadəçilərinin sayını artırmaq məqsədilə, Bakcell şirkəti özünün brend tərtibatlı smartfonlarını təklif edən eksklüziv kampaniyasına start verib.

Özünün Sür@ brendi altında Ən Sürətli Mobil İnternet xidmətlərinin provayderi olan Bakcell şirkəti – Bakcell brendli smartfonlarını təqdim edir. Ən son Android 4.2 Əməliyyat Sistemi və böyük ekranla təchiz edilmiş Bakcell brendli smartfonlar, Bakcell abunəçilərinə öz köhnə mobil cihazlarını olduqca sərfəli qiymətə yeni smartfonlara dəyişmək imkanını yaradır.

Azərbaycanın mobil internet istifadəçilərinə yüksək keyfiyyətli smartfonları sadəcə 99 manata təklif edən Bakcell, abunəçilərin mobil internet istifadəsini məhdudlaşdıran əsas əngəli aradan qaldıraraq, Mobil İnternetin bütün üstünlüklərindən və Sür@-dən bütün bonusları ilə birgə tam həcmdə yararlanmaq imkanını təklif edir.

14 Oktyabr 2013-cü il tarixindən etibarən Bakcell brendli smartfonunu əldə etmiş hər bir Bakcell abunəçisi ayda sadəcə 10 AZN ödəyərək 250 dəqiqə/MB/SMS-dən ibarət olan xüsusi kampaniya paketindən yararlanacaqdır. Bonusları almaqda davam etmək üçün balansa hər ay ən azı 10 AZN yükləmək lazımdır.

 

 

Bakı şəhərində yeni piyada keçidlərinin inşasına başlanılıb.

Bu obyektlərin tikintisi paytaxtın Xətai rayonunda yeni avtomobil yolunun salınması layihəsi çərçivəsində həyata keçirilir. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ərazidə yeni yolun salınması ilə əlaqədar iki və ya üç piyada keçidinin inşası nəzərdə tutulub: “Ərazidə artıq tikinti işlərinə start verilib. Artıq yolun torpaq yatağının salınmasına başlanılıb”.

P.Mürsəliyev deyib ki, Neftçilər prospektindən başlayan və Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək uzanacaq yeni avtomobil yolunun uzunluğu 2 km, eni 45 metr olacaq. Onun 1,4 kilometri Nobel prospektinə paralel, qalan hissəsi isə dənizə perpendikulyar çəkiləcək. Paralel yol 8 zolaqlı, dənizə perpendikulyar olacaq hissəsinin isə 6 zolaqlı olması planlaşdırılır.

“Azəryolservis” rəsmisi bildirib ki, tikinti işləri gələn il yekunlaşacaq.

Bundan sonra nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul ediləcək

Nazirlər Kabinetinin qərarı ilə sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirilib. Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, 292 saylı bu qərar “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamına əsasən qəbul edilib.

Qərara əsasən Əsasnaməyə bir sıra dəyişikliklər edilib.

“Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə 4 nömrəli əlavə - “Təcrübi imtahanın keçirilmə Metodikası” üzrə 2.1-ci bəndinə əsasən bundan sonra nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul ediləcək.

Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bacarıqlarını bağlı meydançalarla yanaşı avtodromlarda göstərə biləcəklər.

İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış etməli olacaq.

Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bundan sonra müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsi ilə imtahan verəcəklər.

İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçiriləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan “Yüksək Texnologiyalar Parkı” (“YT Park”) Pirallahı rayonunda inşa ediləcək. Belə ki, bunun üçün, Pirallahı rayonunda 50 hektar  torpaq sahəsi ayrılıb.

 Bu barədə “Marja”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Eyni zamanda “YT Park” MMC dövlət qeydiyyatına alınıb və Cəmiyyətin Nizamnaməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib, eləcə də potensial xarici investor və şirkətlərlə görüşlər keçirilib.

Qeyd edək ki, “YT Park” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. “Yüksək Texnologiyalar Parkı”- informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

“YT Park”ın məqsədi və səmərəsinə gəlincə, parkın fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin  ediləcək. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaq.

2013-cü ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqlər zamanı ciddi problemlərin olduğu aşkar edilib.

“Marja” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyində keçirilmiş kollegiya iclasında nazir Əbülfəs Qarayev bildirib.

Nazir deyib ki, monitorinqin nəticələri ilə  bağlı Azərbaycan Turizm Assosiasiyasında geniş müzakirələr aparılacaqdır. O, turizm müəssisələrinin öz işlərinə daha məsuliyyətli yanaşmasını tələb etməyin və nəzarəti gücləndirməyin vacibliyini vurğulayıb.

İclasda Nazirliyin Turizm şöbəsi tərəfindən bölgələrdə fəaliyyət göstərən mehmanxanaların rəhbərləri üçün idarəetmə ilə bağlı seminarların təşkili, şöbənin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə paytaxtdakı mehmanxanalarda monitorinqlər keçirməsi məsələsi də müzakirə olunub.

Azərbaycan hökuməti Bakı şəhəri ətrafında, Abşeron yarımadasında bir sıra turizm-kurort zonaları yaratmaq niyyətindədir.

Belə ki, Türkan, Şüvəlan, Buzovna, Bilgəh, Pirşağı, Pirallahı, Hövsan qəsəbələri, eləcə də Böyük Zirə və Qum adalarında kurort zonaları yaradılacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib ki, həmçinin, Böyük Bakının Regional İnkişaf Planına əsasən, Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək uzadılacaq, ərazidə idman-sağlamlıq və əyləncə obyektləri tikiləcək.

Ümumilikdə isə, bu layihə çərçivəsində yeni parkların salınması üçün 500 hektar ərazinin ayrılması nəzərdə tutulub.

Mənbə

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqini ləngitməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək üçün hazırlıq işlərinə başlayıb.

 Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

“Hazırda hamını ən çox maraqlandıran məsələ Mobil Nömrələrin Daşınması Sisteminin tətbiq olunmasıdır. Çox təəssüf ki, bu sistemin tətbiqi artıq bir ildir yubanır. Mobil operatorların verdiyi sözə görə, oktyabrın 1-dən Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqi həyata keçirilməli idi. Lakin bu, yenə də baş tutmayıb”, - deyə Ə.Abbasov vurğulayıb.

Onun sözlərinə görə, Nazirlik artıq bu məsələ ilə bağlı məhkəmə işlərinə start verib və bu istiqamətdə hazırlıq işləri gedir: “Bu sistemin tətbiqinə hətta oktyabrın 1-dən və ya bundan sonra başlanılsa belə, bunun üçün mərkəzləşdirilmiş sistem hazırdır. Lakin buna çəkilən investisiya və digər xərclər var ki, onların ziyanlarının mobil operatorlar tərəfindən ödənilməsi sualını ortaya qoymuşuq. Amma yenə də bildiririk ki, bu ilin sonuna kimi bu sistemi həyata keçirməliyik. Əgər gələn ilin yanvarın 1-dən bu sistemi həyata keçirə bilməsək, bu məsələ yəqin ki, builki hadisələr arasında ən mübahisəli sual olacaq”.

Nazir əlavə edib ki, bu problem təkcə Azərbaycan deyil, eyni zamanda bəzi MDB ölkələrinə xasdır: “Rusiyada bu məsələ ilə bağlı hətta qanun qəbul edilib, onlar da bu sistemi tətbiq etmək istəyir. Moldova və Gürcüstan kimi ölkələrdə isə Mobil Nömrələrin Daşınması Sistemi artıq tətbiqi olunub”.

Mənbə

Gürcüstan göbələyi Mərkəzi Asiya və Azərbaycanda satılacaq.

“Marja” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkədə göbələk yetişdirməklə məşğul olan "Belaya Şapka" (Белая шапка- Ağ papaq) şirkətinin baş direktoru Vano İoseliani bildirib ki, şirkət 2014-ci ildən Rusiya, Azərbaycan və Mərkəzi Asiyaya məhsul ixracına başlamağı planlaşdırır.

Şirkət  2010-ci ildə, ölkədə istehlak edilən göbələyin 90%-i xaricdən  idxal edildiyi bir vaxtda  fəaliyyətə başlayıb.  Hazırda isə “Belaya Şapka” məhsulları bazarının 50% -ni tutur.

“Gürcüstan bazarında əsas rəqiblərimiz - türk və iranlı idxalçılarıdır. Biz yaxın vaxtlarda idxalı tamamilə sıxışdırıb çıxarmaq niyyətindəyik. Biz fəaliyyətə başladıqdan sonra göbələk təxminən iki dəfə ucuzlaşıb - 2010-ci ildə kiloqramı 10 lari idi, indi isə 5-5,50 laridir” - İoseliani bildirib.

Qeyd edək ki, "Belaya Şapka" şirkəti Ermənistan investisiyası hesabına yaradılıb. Bu şirkət yaradılan vaxt Gürcüstan mətbuatı onun erməni biznesmenlərinin sərmayəsi hesabına yaradıldığı barədə geniş yazmışdı.

Bakı-Tbilisi-Qars dəmir yolu tam olaraq 2014-cü ildə istismara veriləcəkdir.

“Marja” xəbər veri ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun birinci və ikinci mərhələsi tamamlanmışdır və hazırda üçüncü mərhələ həyata keçirilir. Eyni zamanda, Gürcüstan və Türkiyə arasında 4,3 kilometr uzunluğunda tunelin tikintisi davam etdirilir. Yolun Türkiyə hissəsində 2,2 kilometr məsafədə işlər başa çatdırılmışdır. Gürcüstan sərhədindəki Kartsaxi stansiyasında 18 kilometr yeni yol və stansiyada manevr aparmaq üçün 7 yol çəkilmişdir.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Dəmiryolservis” MMC podratçı təşkilat kimi iştirak edir.

Nəqliyyat Nazirliyinin müvafiq komissiyası  dəmir yolunun mühafizə zolağında 881 evin sökülməsini təxirəsalınmaz hesab etmişdir və bununla bağlı son qərar Nazirlər Kabineti tərəfindən veriləcəkdir.

“Marja” xəbər veri ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, bütövlükdə respublika üzrə dəmir yolunun mühafizə zolağında 2840 qeyri-qanuni tikili vardır. Onlardan 538-i qeyri-yaşayış, 2302-i isə yaşayış sahəsidir.

“Bu məsələ “Nəqliyyat haqqında“ qanunun, Torpaq Məcəlləsinin və “Nəqliyyat Nazirliyi haqqında əsasnamə“nin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli qərarı ilə tənzimlənir. Sənəddə qeyd edilir ki, xüsusi mühafizə zonasının hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Burada müəyyən obyektin yerləşdirilməsi yalnız Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə əsasında həyata keçirilə bilər”,- Əsgərov söyləyib.

Cümə ertəsi, 12 Oktyabr 2013 16:08

“Paşa Holdinq” yeni törəmə şirkətini yaradıb

“Paşa Holdinq” qonaqlama idarəçiliyi (hospitality management) üzrə yeni  törəmə şirkətini yaradıb.

“Marja” xəbər verir ki, holdinqin yeni şirkəti “PASHA Hotels & Resorts” adlanır və bu ilin avqust ayından fəaliyyət göstərir.

Hazırda “Paşa Holdinq”in Bakıda “Four Seasons” və “JW Marriott Absheron” mehmanxanaları beynəlxalq mehmanxana idarəetməsi şirkətləri tərəfindən müvəffəqiyyətlə idarə edilir. “Paşa Holdinq” beynəlxalq tərəfdaşları ilə bu istiqamətdə əməkdaşlığı növbəti illərdə də davam etdirəcəkdir. “PASHA Hotels & Resorts” isə holdinqin adından bu hotellərinin sahibliyini həyata keçirəcəkdir.

5 YENİ MEHMANXANA AÇACAQ

“PASHA Hotels & Resorts”un əsas fəaliyyəti isə yeni layihələr ilə bağlı olacaqdır.

Şahdağ qış-yay turizm kompleksində yerləşən iki beş ulduzlu “Shahdag Mountains” mehmanxanalarını və Bakı şəhərində yerləşəcək cəmi 1500 otaqdan ibarət olacaq 3 yeni orta miqyaslı mehmanxananı bilavasitə “PASHA Hotels & Resorts” idarə edəcəkdir.

“Shahdag Mountains” mehmanxanalarının  2013-2014 qış mövsümündə, Bakıda  isə 3 yeni orta miqyaslı mehmanxananın isə 2015-ci ilin yayında Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya oyunları ərəfəsində açılması planlaşdırılır.

Hazırda “PASHA Hotels & Resorts” Şahdağ kurot zonasında yeni lüks kateqoriyalı mehmanxanalarında işləmək üçün mehmanxana və restoran biznesi sahələrində təcrübəli şəxslərin işə qəbulunu aparır. Maraqlananlar CV-sini Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir. Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir. ünvanlarına göndərə bilər.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müqəddəs Qurban Bayramı münasibətilə bütün Bakcell abunəçilərinə Bakı şəhərində Wi-Fi internet xidmətlərindən pulsuz yararlanmaq imkanını yaradır.

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, bu ilin yay aylarında istifadəyə verilmiş Bakcell-in Wi-Fi layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif yerlərində yüksək sürətli Wi-Fi İnternet xidmətləri təklif olunur. Wi-Fi xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub.

Azərbaycanın ən geniş çöl Wi-Fi əhatəsini təşkil etmək üçün Bakcell şirkəti ən son texnologiyalar tətbiq etmiş və Qurban bayramından etibarən böyük məmnuniyyətlə bu xidməti bütün Bakcell abunəçilərinə pulsuz olaraq təklif edir.

Wi-Fi xidməti aşağıda qeyd olunan yerlərdə göstərilir: Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya Parkı və İçəri Şəhər metro stansiyasının ətrafı, Fəvvarələr Meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xəqani parkı, Sahil parkı, Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Muğan parkı, Səməd Vurğun Parkı, Qış Parkı və Heydər Əliyev adına Park (Azərbaycanın Mərkəzi Bankı ilə üzbəüz).

Bu xidmətdən bütün Bakcell abunəçiləri yararlana bilər. Bakcell Wi-Fi xidmətinə qoşulmaq üçün balansınız aktiv vəziyyətdə olmalıdır. Mövcüd “hotspot” siyahısından Bakcell Wi-Fi xidmətini seçin və qoşulma şifrəsini əldə etmək üçün asan qeydiyyat prosesindən keçin. Şifrəni alandan sonra əsas səhifədə onu daxil edin və PULSUZ Wi-Fi internetindən yararlanın.

İnternet xidmətinin sürəti ən yaxın Wi-Fi giriş nöqtəsinə olan məsafədən asılı olaraq 10Mb/s qədər təşkil edir. Bakcell Wi-Fi xidmətindən pulsuz istifadə 13.10.2013-cü il tarixdən 30.12.2013-cü il tarixinə qədər mümkün olacaq.

Bakcell öz müştərilərini ən mükəmməl şəbəkə keyfiyyəti ilə təmin etmək üçün şəbəkəyə sərmayə qoyuluşunu davam edəcək və Wi-Fi zonaları yaxın gələcəkdə yeni ünvanlarda da təşkil ediləcək.

Bayram və istirahət günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisələrinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

“Bakıelektrikşəbəkə” ASC-dən “Marja”ya daxil olmuş məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi və digər bayram günlərində aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

SİFARİŞLİ

Faizsiz kredit ilə, İsveçrə saatı

“AtaBank” ASC-dən xoş sürprizlər və fürsətlər “AtaBank” ASC və “VMF”…

Sadəcə 100$ ödə, 10 000$-lıq yatırım et!

Sadəcə 100$ ödə, 10 000$-lıq yatırım et! InvestAZ dəstəyi ilə…

Nar Mobile yeni “ZERO” (sıfır) tarifini təqdim edir

Hər zaman öz abunəçilərinə sərfəli danışıq tarifləri təqdim edən Nar…

ÇOX OXUNANALAR

QALEREYA

Məşhur CEO-lar saat neçədə yuxudan dururlar?

Məşhur CEO-lar saat neçədə yuxudan dururlar?

Diribaş CEO-lar Milyardlarla dollarlıq nəhəng şirkətləri idarə edən...

Ən bahalı 10 ətir

Ən bahalı 10 ətir

Bəzi insanlar bədənlərindən gözəl iy gəlməsi üçün minlərlə...

Avropanın ən varlı adları

Avropanın ən varlı adları

Varlılar və markalarıThe Independent, Avropanın ən varlı adlarını...