You are now being logged in using your Facebook credentials
İSTİ-İSTİ
"Sığorta bazarında vəziyyətin yaxşı olacağına ümid edirik"
"FİM Bank"la Azərbaycan arasında 12 il əvvəl başlayan məhkəmə çəkişməsi davam edir
Azər-Türk Bankdan növbəti yenilik
Yığımlar artıb, ödənişlər azalıb
Banklarda dollar və avronun alış-satış qiymətləri – SİYAHI
Bakı yaxınlığında gənclər üçün yeni şəhərcik tikilir
Bakıda yeni SPAR supermarketləri açılacaq
“Aznar”da son 3 ilin ən pis satış göstəricisi
Səhmdarı "TuranBank"ı tərk edib
“Araz” və “SPAR”ın lotereyası sevinc göz yaşları tökdürdü - Qaliblər müəyyən olundu

SİFARİŞLİ

Bank of Baku-dan növbəti yay kampaniyası

“Bolkartla alınan tur paketlərə, +2 ay HƏDİYYƏ!” Bank of Baku-nun Bolkartlılara ÖZƏL…

BANK SİZİN TELEFONUNUZDA!

Banka getmədən və mobil telefonunuzun işlədiyi hər yerdə, istədiyiniz vaxtda, cəmi bir…
Bazarertəsi, 22 Dekabr 2014 10:40

“Unibank” yeni imic filmini təqdim etdi

“ARZULAR REALLAŞIR!”

Uşaq oyunlarımız əslində böyüyəndə çatmaq istədiyimiz xəyallarımızdır. Xəyallarımız arzulara çevrilir. Çətinliklər arzulara gedən yolda bizi gücləndirir. Arzular hədəflərə çevrilir Hədəflər uğura aparır. Uğur sevinc yaradır.. Uğur uğur gətirir.

"Unibank"ın bu günlərdə ictimaiyyətə təqdim etdiyi “ARZULAR REALLAŞIR!” imic çarxı https://www.youtube.com/watch?v=5db303-pJG4 3 dostun timsalında qarşılarına çıxan çoxsaylı maneələrə baxmayaraq arzularını reallaşdıran insanların uğur hekayəsidir. Hər bir insanın uşaqlıq arzusu olur. Yəni əslində çoxumuzun bu gün çalışdığımız peşələr uşaq vaxtı oyunumuz olub. Amma arzulara çatmaq, sevdiyin işin arxasınca getmək və sonda arzunu reallaşdırmaq daha mübariz ruhlu insanlara qismət olur.

Uğurlu təşkilatlar kimi uğurlu insanlar da cəmiyyətdə sayğı ilə qarşılanır və bir gün o uğurlu insanların yolu uğurlu təşkilatda birləşir. Unibank kimi daim inkişaflı bank, hər zaman öz məqsədləri uğrunda mübarizə aparan, cəmiyyətdə nailiyyətlər qazanan insanların seçimi olur.

İmic filminin ideyasının müəllifi elə Unibank-ın öz əməkdaşlarıdır. Görünür bu da təsadüfi deyil. Çünki 22 illik fəaliyyəti dövründə ölkə bank sektorunda öz uğur salnaməsini yazan Unibank-ın əməkdaşları, bu uğur hekayəsinin birbaşa iştirakçıları, qəhrəmanlarıdır. Elə imic çarxının verdiyi mesajda uğurun verdiyi sevincdir. Hamımızın içində, həyat yolunda, inkişaf yolunda bu qəhrəmanların izləri, yaşantıları var. Qələbə, uğur məqsədyönlülük, ideyalarımız uğrunda mübarizənin nəticəsində yaranır və filmdə də, real həyatda da bu uğurlu insanlar eyni ünvanda rastlaşır. Onları bu görüş yerinə gətirən də, arzularının reallaşdırılmasında payı olan bir məkandır- "Unibank"dır.

Unibank-hər kəsin bankı

Kateqoriya Marketinq & Reklam
Bazarertəsi, 22 Dekabr 2014 09:21

Hər 4 kredit kartından 1-i bu banka məxsusdur

Dövriyyədəki kredit kartlarının 25%-i Unibankın kartlarıdır.

“Marja” Unibankın və Mərkəzi Bankın məlumatları əsasında xəbər verir ki, dövriyyədə olan 1 milyon 220 min ədəd kredit kartının 298500-ü və ya təxminən 25%-i Unibanka məxsusdur.

Unibank kredit kartı bazarında Albalı və Albalı Plus kartları ilə təmsil olunur.

HƏR GÜN 150-DƏN ÇOX KART SATIR

Unibankın kredit kartlarının sayı sürətlə artır. 2013-cü il ərzində Bankın kartlarının sayı 11 dəfədən çox artaraq 21 812 ədəddən 247 958 ədədə yüksəlmişdir. Bu ilin 11 ayı ərzində isə Bankın kredit kartlarının sayı 50 542 ədəd və ya təxminən 21% artaraq  298 500 ədədə çatmışdır. Bu da Bankın hər gün orta hesabla 150 kart satdığı deməkdir.

Kateqoriya Bank & Kredit

“Azərbaycan Mərkəzi Bankının fiziki şəxslərin əmək haqlarına mütənasib borclanmalarını ehtiva edən gözlənilən qərarının mənfi fəsadları ola bilər. Ancaq biz inanırıq ki, Mərkəzi Bankın fəsadları öncədən qiymətləndirərək ən düzgün qərarı verəcəkdir”.

Bu sözləri “Marja”ya müsahibəsində “Unibank” ASC-nin İcraçı direktoru Cəlal Qasımov deyib.

O, qeyd edib ki, bu cür hər bir qərarın müsbət və mənfi tərəfləri var:

“Biz istehlak kreditləri bazarında çox aktivik. Son vaxtlar bu aktivlik çox artır, rəqiblər də bu bazarda fəallaşırlar.  Əlbəttə, bu templərlə artım tənzimlənməlidir. Mən bilmirəm, Mərkəzi Bank həmin qərarı qəbul edəcək, yoxsa yox. Məlum olan budur ki, bu qərar bazarda istehlak kreditlərinin artım tempini aşağı salmaq üçün qəbul ediləcəkdir. Eyni zamanda, bu qərarın mənfi fəsadları da ola bilər. Bu gözlənilən qərardır. Mərkəzi Bank makroiqtisadi baxımdan çox güclü institutdur.  Onlar hər şeyi nəzərə alaraq bu qərarı qəbul edəcəklər.”,- o deyib.

Cəlal Qasımov gözlənilən qərarın mənfi fəsadları barədə qeyd edib ki, məhdudlaşdırma bankların müştərilərinin kəskin azalmasına, bank sektorunda gəlirlərin aşağı düşməsinə, ümumilikdə iqtisadiyyatın maliyyə sektoruna təsir edə bilər.

“Marja” xatırladır ki, tətbiqi gözlənilən yeni tələbdən sonra hər bir şəxsin götürdüyü kredit və ya kreditlər üzrə aylıq borc yükü sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər olacaqdır. Tutaq ki, 500 manat maaş alan bir şəxsin götürəcəyi kredit və ya kreditlər üzrə aylıq cəmi ödəniş 250 manatı ötərsə ona kredit verilməyəcəkdir.

Cəlal Qasımov əlavə edib ki, son vaxtlar Mərkəzi Bank tərəfindən istehlak kreditləri ilə bağlı əsas üç qərar qəbul edilib.  Birincisi məcmu kapitalın artırılması, ikincisi təminatsız kreditlər üzrə iş yerindən arayışın tələb edilməsi və üçüncüsü isə kapital adekvatlığı ilə bağlı verilmiş qərardır.

Gələn ilin əvvəlindən qüvvəyə minəcəyi gözlənilən yeni kapital adekvatlığı tələbinə görə, istehlak kreditlərinin risk ölçüsü  120%-ə artırılır. Kapital adekvatlığını hesablamaq nöqteyi-nəzərdən banklar istehlak kreditlərinə daha çox kapital ayırmalı olacaqlar:

“Şərti olaraq belə deyək: hazırda 100 milyon manatlıq istehlak krediti portfelini dəstəkləmək üçün bankın  onun 12%-i qədər, yəni 12 milyon manat kapitalı olmalıdır. Yeni qərardan sonra isə, hesablamaq nöqteyi-nəzərdən 100 milyon manatlıq portfel 120 milyon manat kimi qəbul ediləcəkdir. Bu zaman 120 milyonun 12%-i qədər, yəni 14,4 milyon manat kapital lazım olacaqdır. Biznes kreditlərində isə kapital adekvatlığı tələbi 100% kimi saxlanılıb. Bu, bankları  biznes kreditləri verməkdə  maraqlı edir. Mərkəzi Bank bu cür prudensial və normativ metodlar ilə bankları bu və ya digər sahəyə yönəldir. Mənim fikirimcə bu düzgün tənzimləmədir”.

Cəlal Qasımov vurğulayıb ki, bütün çətin dövrlərdə Mərkəzi Bank bank sektoru üçün çox vacib olan makroiqtisadi sabitliyi qoruyub saxlayıb: “Bu asan məsələ deyil, bank sektoru bunu yaxşı başa düşür və Mərkəzi Banka minnətdardır”.

Kateqoriya Bank & Kredit

Azərbaycan iqtisadiyyatı üçün 20-25-dək bank kifayət edir.

Bunu  "Unibank" ASC-nin icraçı direktoru Cəlal Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadi cəhətdən güclü, ərazi baxımdan isə kiçikdir, buna görə də bu qədər sayda bank ölkənin bank sektoru üçün kifayətdir.

O qeyd edib ki, ölkədə nə qədər çox iri bank fəaliyyət göstərirsə, ümumilikdə bankların sayı bir o qədər az olur: "Demirəm ki, bizə beş bank lazımdır, lakin banklar nə qədər az olarsa, onları idarə edəcək bir o qədər top-menecer tələb olunur. Top-menecerlər istənilən inkişaf etməkdə olan ölkə üçün məhdud resursdur. Müvafiq olaraq, bankların sayı az olarsa, onları keyfiyyətli səviyyədə idarə etmək üçün həmin kadrlar bizə kifayət edəcək".

C.Qasımov əlavə edib ki, banklar nə qədər böyük olarsa, onlar fəaliyyətlərində ardıcıl olacaqlar: "İri bank hər hansı gözlənilməyən vəziyyət halında əhalinin depozitlərini qoruya biləcək. Bundan başqa, bankların sayı nə qədər az olarsa, bu, ümumilikdə bank sektorunun inkişafı baxımından bir o qədər müsbət haldır".

C.Qasımov Azərbaycan Mərkəzi Bankının (AMB) kapitalın minimum həcmi ilə bağlı tələbini (50 milyon dollar manat səviyyəsində) məqsədəuyğun hesab edir: "Minimum tələbin artırılması ona görə lazımdır ki, banklar daha da böyüsün. Digər tərəfdən, banklarda kapitallaşma ilə bağlı vəziyyətin qiymətləndirilməsinin nəticələri üzrə ilin sonuna bazarda nə qədər oyunçunun qalacağı və neçəsinin qeyri-bank kredit təşkilatına çevriləcəyi məlum olacaq".

Qeyd edək ki, Azərbaycanda 44 bank fəaliyyət göstərir.

Mənbə: Trend

Kateqoriya Bank & Kredit

Xəbər verdiyimiz kimi, “Unibank KB” ASC-nin 20 milyon manatlıq istiqrazlarının emissiya prospekti dekabrın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.75%-dir.

Oxşar məbləğ üzrə əvvəlki buraxılış bank tərəfindən 4 dekabr 2014-cü tarixində tam şəkildə və vaxtında ödənilib.

KUPON FAİZİNİN AŞAĞI OLMASI, İSTİQRAZLARA MARAĞIN ARTMASI İLƏ BAĞLIDIR

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, yeni buraxılış üzrə kupon faizi əvvəlki ilə müqayisədə daha aşağıdır:

“Bu, Unibank-ın kapital bazarlarında mövqeyinin daha da güclənməsi və investorların Bankın istiqrazlarına olan maraqlarının artması ilə əlaqədardır. Bankın maliyyə sabitliyi, keyfiyyətli və diversifikasiyalı kredit portfeli beynəlxalq qurumlar tərəfindən də hər zaman qiymətləndirilib. Bankın bazarda mövqeyinin güclənməsi, Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində də öz əksini tapıb”.

Yerləşdirmənin anderrayteri qismində “Unicapital” və maketmeykeri kimi “PAŞA Bank” çıxış edir.

DEKABRIN 24-də YERLƏŞDİRİLƏCƏK

Yerləşdirilmə Bakı Fond Birjasında dekabrın 24-də həyata keçiriləcək. Cəlb olunmuş vəsaitləri Unibank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, bu ilin 11 ayı ərzində Unibank biznesə verilən kreditlərin yüksək artımına nail olub. Bank biznesə dəstəyini 56% manat artıraraq 208 milyon manata çatdırıb. 2014-cü ilin 11 ayı ərzində Unibank-ın aktivləri 17% artaraq 865 milyon 536 min manata, kredit portfeli də 17% artaraq 696,9 milyon manata çatıb. Hesabat dövründə bankın müştərilərinin sayı da 37% artaraq 711 minə yaxınlaşıb.

Kateqoriya Bank & Kredit

Azərbaycanın “Unibank” ASC Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 12 milyon dollar kredit cəlb edəcək.

Bunu “Marja”ya “Unibank” ASC-nin İcraçı direktoru Cəlal Qasımov bildirib.

“Müqavilənin bu ilin sonu, ən geci gələn ilin əvvəlində imzalanacağı gözlənilir. Ola bilsin, bu vəsaiti tranş ilə götürəcəyik. Cəlb ediləcək vəsaitin bir hissəsini AYİB-in ucuz kreditləşmə layihəsi olan “Energocredit” layihəsi üzrə alacayıq. Qalan hissə isə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün veriləcəkdir”.

Qeyd edək ki, “Energocredit”  enerjiyə qənaət layihələrini həyat keçirmək istəyən sahibkarlara verilir.

Kateqoriya Bank & Kredit

Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır.

Bank tərəfindən verilən biznes kreditlərinin statistikasında bölgələrlə bağlı kəskin artım qeydə alınıb. Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bu il bölgə sahibkarlarına 2014-cü il üçün nəzərdə tutulandan həm kreditlərin sayı, həm də məbləği baxımından daha çox biznes kreditləri verilib. Ötən ilin hesabat dövrü ilə müqayisədə 2014-cü ilin 11 ayı ərzində bölgələrə ayrılan biznes kreditlərinin sayı 94% çoxdur, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb.

 Korporativ xidmət şəbəkəsini genişləndirən Unibank-ın bölgələrdəki yeni müştəriləri təkcə kənd təsərrüfatı və ticarət kimi ənənəvi sahələrdə məşğul olan sahibkarlar deyil, həm də regional miqyaslı layihələri olan böyük sənayeçi və xidmət sahələrinin nümayəndələridir.

Unibank, 2014-cü ilin 11 ayı ərzində biznesə verilən kreditlərdə yüksək artıma nail olmuşdur. Bu il Bank biznesə dəstəyini 56% və ya 74,9 milyon manat artıraraq 133,1 milyon manatdan 208 milyon manata çatdırmışdır.

Bankın Korporativ Departamentinin rəhbəri İqor Okayevin sözlərinə görə, bu, bankın Azərbaycanda biznes sahəsinin inkişafına göstərdiyi dəstəyin daha da artmasının göstəricisidir. Unibank gələcəkdə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini, bölgələrə kreditləşməni bir qədər də artırmağı nəzərdə tutur.

Kateqoriya Bank & Kredit
Cümə axşamı, 18 Dekabr 2014 15:19

Unibank 9.75 faizlə istiqraz satacaq

Xəbər verdiyimiz kimi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unibank KB” ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Birjadan “Marja”ya daxil olmuş  emissiyanın həcmi 20 000 000 AZN təşkil edir.

Buraxılış çərçivəsində hər birinin   nominal dəyəri 1 000 AZN olan 20 000 ədəd istiqraz yerləşdiriləcək.

İstiqrazların tədavül müddəti 720 gün, istiqraz üzrə faiz dərəcəsi 9.75%, faiz ödəniş dövrünün müddəti 90 gündən bir müəyyən olunub.

Yerləşdirmənin anderrayter “Unicapital” ASC-dir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Cümə axşamı, 18 Dekabr 2014 10:49

“Unibank” 20 milyonluq istiqraz buraxır

“Unibank” 20 milyonluq istiqraz buraxır.

“Marja” xəbər verir ki,  15 dekabr 2014-cü il tarixdə  "Unibank" Kommersiya Bankı" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 20 000 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınmışdır. 

Cümə axşamı, 18 Dekabr 2014 10:37

Bu bank müştərisini səsindən tanıyacaq

Gələn il Unibank yeni bank məhsullarının tətbiqi ilə də öndə olmağı hədəfləyir.

Bankın İcraçı Direktorun birinci müavini Xalid Əhədov “Marja”ya bildirib ki, 2015-ci ildə xidmət standartlarının daha da yüksəldilməsi, Avropadan yeni bank məhulları öyrənilərək tətbiq edilməsi prioritet olacaqdır.

Məsələn, Qərbdə “My voice of my password” (Mənim səsim mənim parolumdur) adlı bank xidməti mövcuddur. Ona “Voice biometrics”, yəni səs biometrikası deyilir. Çox bahalı texnologiya deyil. Müştəri bankda hesab açdıqda onun səsi yazilir. Gələcəkdə müştəri banka zəng vurduqda “Voice biometrics” müştərinin səsini eyniləşdirir. Bank bilir ki, zəng vuran müştərisidir və onun əmrlərini yerinə yetirir. Müştəri səsli əmrləri ilə, hesabı üzrə qalığı öyrənir, köçürmələr edir və.s. Azərbaycanın qanunvericiliyinin icazə verdiyi bütün əməliyyatları səs ilə yerinə yetirmək mümkün olacaqdır. Bankımız gələn il bu xidməti tətbiq etməyi nəzərdə tutur”,- Xalid Əhədov əlavə edib.

Kateqoriya Bank & Kredit

BAXMADAN KEÇMƏ

"Sığorta bazarında vəziyyətin yaxşı olacağına ümid edirik"

Son illər Azərbaycanda yeni iqtisadi vəziyyətlə əlaqədar sığorta bazarında çətinliklər…

"FİM Bank"la Azərbaycan arasında 12 il əvvəl başlayan məhkəmə çəkişməsi davam edir

"Adı açıqlanmayan xarici bankın Azərbaycan dövləti ilə 2004-cü ildə başlayan məhkəmə…

Azər-Türk Bankdan növbəti yenilik

Asan İmzanın tətbiqi ilə internet bank xidməti istifadəyə verilir Hər zaman öz…

Yığımlar artıb, ödənişlər azalıb

2016-cı ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində…

Banklarda dollar və avronun alış-satış qiymətləri – SİYAHI

­­­Bank Alış Satış Access Bank USD: 1.5500 EUR: 1.6610 USD: 1.6040 EUR: 1.7800 AFB Bank…

Bakı yaxınlığında gənclər üçün yeni şəhərcik tikilir

Azərbaycanda iri tikinti layihələri icrna edən AAAF şirkəti Bakı yaxınlığında yeni…

Bakıda yeni SPAR supermarketləri açılacaq

Bakıda dünyaca məşhur supermarketlər şəbəkəsi olan SPAR-ın sayı artacaq. SPAR-ın…

“Aznar”da son 3 ilin ən pis satış göstəricisi

“Grante” nar şirələrinin istehsalçısı Teymur Əhmədov adına “Aznar” QSC son 3 ilin ən pis…

Səhmdarı "TuranBank"ı tərk edib

"TuranBanK" ASC-ni 1 səhmdar tərk edib. Bankın nizamnamə kapitalında iştirakını…

“Araz” və “SPAR”ın lotereyası sevinc göz yaşları tökdürdü - Qaliblər müəyyən olundu

 “Araz” və “Spar” supermarketlərini idarə edən “AzRetail” MMC tərəfindən keçirilən…

MARJA PLYUS - BUNLAR DA DİQQƏTİNİZİ ÇƏKƏ BİLƏR

60-dan artıq mağaza tamamilə yanıb

Dünən axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən "Maşın bazarı"nda…

Özünüzü qoruyun: İsti, tozlu küləklər gəlir

İyulun 20-25-dən sonra Azərbaycana tropik quru isti hava kütləsinin gələcəyi - quru,…

Daha 2557 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI

İyunun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan Marja-ya verilən…

"Maliyyə Hesabatlarının Təhlili" təlimi

Kapital Bazarı üzrə Təlim Mərkəzi "Maliyyə Hesabatlarının Təhlili" (peşəkar) təlimi üzrə…

“Ortada sənəd var, üzərində iş gedir”

 “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar…

Sabaha olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava dəyişkən buludlu olacaq, əsasən…

İyul ayına olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin iyul…

“Vergi uçotu” təlimi üzrə qeydiyyat davam edir!

Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin. Təlim proqramı Azərbaycan Respublikasının…

Azərbaycanda banan ağacı bar verib

Xaçmaz rayonunun Müzəffəroba kənd sakini Əhməd Babayev həyətyanı sahəsində tropik iqlim…

Dünyanın ən varlı bankiri

Keçən il braziliyalı oliqarx olam Cozef Safra-nın sərvəti 15,7 milyard dollara çatdı.…

(R) MARJİNAL TİCARƏT

Yatırım hər kəsin haqqıdır…

Milli valyuta ilə dünya maliyyə bazarlarında ticarət edin InvestAZ İnvestisiya şirkəti…

Azərbaycan manatı ilə FOREX hesabınızı kəşf edin!

Dünya maliyyə bazarlarının tarixində ilk dəfə manat əsaslı FOREX MT4 hesablarının…

InvestAZ-dan Kampaniya!

InvestAZ-dan Kampaniya! Zəmanətli FOREX hesabı ilə Riskdən qorunun Qazancınızı artırın.…

Aylıq gəlirlərinizi artırmaq istərdinizmi?

Müasir dövrdə yeni iş imkanları FOREX-dədir. FOREX ilə evdə, işdə, istirahət zamanı,…

Yeni Elantra necədir?

Altıncı nəsil Hyundai Elantra, yeni görünüşü, təchizatı və daha güclü…

Azər Türk Bankdan “Səyahət həyəcanı”

Azər Türk Bank yeni – “Səyahət həyəcanı” kampaniyasına start verib.…

Evdə, işdə, istirahət zamanı, əlavə gəlir fürsətini qaçırmayın!

FOREX-də Dünya Valyutaları, Qızıl və Neft ilə onlayn ticarət edin,…

Manat əmanətində gəlirlilik 18 faizə çıxdı - AccessBank-dan yeni kampaniya

AccessBank, manatla olan Müddətli əmanətlərin faiz dərəcələrini…

“Mobil Şöbə” dən daha çox istifadə et - Smartfon qazan!

20 may – 20 iyun 2016-cı il tarixlərində Bank Respublika-nın…

Hədiyyəli əmanət kampaniyası başladı

Bank BTB “Güvən, Qazan!” yeni depozit kampaniyasına start verib.…

500.000 AZN-dək BİZNES KREDİTİ!

Bank of Baku-dan 500.000 AZN-dək BİZNES KREDİTİ! Kiçik və orta…

Volkswagen Bakı Mərkəzində “10% ENDİRİM” kampaniyası davam edir

Volkswagen Bakı Mərkəzində “10% ENDİRİM” kampaniyası davam edir.…

CDB Bank sahibkarlara yeni xidmət təklif edir

Son dövrlər yaranmış yeni iqtisadi şəraitdə, post neft bankçılığının…

Uzaqdan bank xidmətlərindən istifadə imkanı

PAŞA Bank müasir texnologiyalar əsasında müştərilərinə İnternet Bank…

Orta təbəqə üçün yaşayış kompleksi

Bakıda inşaat sahəsinin qapılarını jurnalistlərin üzünə açan…

İnternet bankinqindən istifadə etmək üçün 5 səbəb

Bu gün minlərlə Unibank müştərisi bank filiallarına gəlmədən, günün…

PAŞA Bankdan ixracatçılara böyük müjdə

Bu günlərdə mühüm bir hadisə baş verib. “Marja” xəbər verir ki,…

ÇOX OXUNANALAR