Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Veysəloğlu”nun işçiləri qan verdilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu”nun işçiləri qan verdilər

Veysəloğlu Şirkətlər Qrupu “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirdi

 

Veysəloğlu Şirkətlər Qrupu fevralın 24-də “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirdi.

 

Qrupdan “Marja”ya daxil olmuş məlumata görə, aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi.

 

Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun çox saylı əməkdaşı donor qismində iştirak edib.

 

Xatırladaq ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. 

 

Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.  

24.02.2017 11:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ