Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yük və minik avtomobillər üçün ödənişli yoldan istifadəyə görə məbləğ fərqli olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yük və minik avtomobillər üçün ödənişli yoldan istifadəyə görə məbləğ fərqli olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Reklam_3_11

Məlumata görə, yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillər üçün fərqli məbləğdə olması nəzərdə tutulub: “Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır. Bununla yanaşı, yoldan istifadəyə görə ödənişin məbləği bu ayın sonunadək müəyyənləşəcək”.

Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabran rayonunun Qəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.

 

©️ Report

ödənişli yol samur qəsəbəsi quba
12.05.2020 16:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ