Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edildi
"COVID-19-un Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edilib".
Bu barədə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, son günlər aparılan çox önəmli dörd elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı öldürücülük faizinin də yüksək olduğunu təsdiq edib:
"Virusun Britaniya ştammının qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatlarla tanış olduqdan sonra elmi şərhlərimdə bildirmişdim ki, onun yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Belə ki, yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 % daha böyük və eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma qabiliyyətinin 15 faiz olduğunu qeyd etmişdim. Bu həmin zaman üçün məlum olan elmi əsaslı nəticələr idi. Amma həmin tədqiqatlarda yeni ştammın öldürücülük əmsalının yüksək olması görünmürdü. Hətta ilk tədqiqatlarla hesab edilirdi ki, yeni ştammın yoluxduruculuq əmsalının yüksək olmasına səbəb xəstəliyin simptomsuz və yüngül keçirilməsi səbəb ola bilər. Amma təəssüflər olsun ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib. Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVID-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır".
Report
N.Abdullayev bildirib ki, bu tədqiqatlardan ikisi fərqli yaş qruplarında PCR testindən 28 gün sonrakı ölüm riskini də hesablayıb:
"Belə ki, bir tədqiqatda 55-69 yaşlılar arasında ölüm riski 0,6 dan 0,9%-ə qalxıb. Digər tədqiqatda yaşı 65-dən aşağı olan insanlar üçün riskin 0,09 %-dan 0,14 %-ə qalxması müşahidə edilib. Başqa bir tədqiqatda da 70-84 yaş arasında olan insanlarda ölüm riskinin mutantlarla yoluxma zamanı 4,7 %-dən 7,2 %-ə qalxması rast gəlinib. Yəni risk təxminən 53 % artıb. 85 yaşdan yuxarılarda isə ölüm riski 16,7 %-dən 24,3 %-ə qalxmışdır. Bütün bunlar o deməkdir ki, gənc və orta yaşlılarda ölüm riski aşağı olsa da, yaş çoxaldıqca ölüm riski dəfələrlə çoxalır. Bu da Danimarkada aparılan tədqiqatla bir daha üst-üstə düşür. Belə ki, burada ölüm riski başqa parametr çərçivəsində, xəstəxanaya qəbul edilənlər arasında ölçülüb. Nəticədə isə virusun yeni ştammı ilə xəstəxanaya düşənlərin ölüm riskinin təxminən 64% qalxmasını görürük. Artıq bu rəqəmlərlə vəziyyətin bütün dünyada, o cümlədən Azərbaycanda da nə qədər ciddi olduğu müşahidə olunmaqdadır. Bunlar elmi faktlardır və mənim, eləcə də bir çox alimlərin gözləmədiyi, amma reallığı əks etdirən faktlardır. Burada artıq kimin inanıb-inanmadığının və ya nələr danışdığının önəmi yoxdur. Fakt odur ki, bizim qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 % yükləşmiş virus dayanıb. Bu da onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha da təhlükəlidir. Bu da heç xoşa gələn xəbərlər deyil, xüsusən də Azərbaycan üçün, həm bu bayram qabağı, həm də önümüzdəki aylarda".
Azərbaycanlı alim bu səbəbdən əhaliyə müraciət edərək bildirib ki, qarşıdakı günlərdə tələb olunan bütün qaydalara riayət edilməlidirlər:
"Çünki insanların zərurət olmadan küçələrə çıxması, kütləvi bayram mərasimləri keçirməsi, bir-birinin evinə qonaq getməsi və canlı ünsiyyətlərin sayını minimuma endirməmələri yeni ştammın geniş yayılmasına gətirib çıxara bilər. Bu da ölkə üçün faciələrə səbəb ola bilər".
"Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bu cür elmi tədqiqatların bu qədər statistik dəqiqliklə aparılması hər bir ölkədə, hətta bu gün Almaniyada da aparılması sadə deyil. Bu cür tədqiqatların nəticələrini zamanında bilmək və bu səviyyədə tədqiqatları icra edərək pandemiya ilə üst səviyyədə mübarizə aparmaq Azərbaycanın da səhiyyə siyasətinin məqsədi olmalıdır. Çünki Azərbaycanda bunu etməyə kifayət qədər potensial var" - deyə tibb elmləri doktoru bildirib.
Qeyd edək ki,koronavirusun yeni növü olan Britaniya ştammının Azərbaycanda tapılması rəsmi qaydada təsdiqlənməsə də, ölkədə bu ştammın olması ehtimalı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)







