Mərkəzi Bank avto-icbari sığorta üzrə “şikayət indeksi”ni açıqladı - SİYAHI

Mərkəzi Bank sığorta sektorunun inkişafı, sığorta xidmətlərinə ictimai etimadın, xüsusilə, sektorun maliyyə dayanıqlığının və sığorta istehlakçılarına qarşı daha ədalətli rəftarının gücləndirilməsi məqsədilə fəaliyyətini davam etdirir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Məlumatda qedy edilib ki, həyata keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (avto-icbari sığorta) üzrə baş verən sığorta hadisələrinin ədalətli tənzimlənməsi və risk faktorlarına əsaslanan sığorta haqlarının müəyyən olunması mexanizmlərinin yaradılmasıdır.
Avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərara alınmışdır. İndeksin aylıq əsasda yayımlanması nəzərdə tutulmuşdur.
Şikayət indeksi açıqlandığı tarixdən son 12 ay ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaqdır və aylıq məlumatlar əsasında yenilənəcəkdir.
İndeksin hesablanma metodologiyası və onun izahı Mərkəzi Bankın veb səhifəsində yerləşdirilmiş müvafiq cədvəlin aşağı hissəsində qeyd edilmişdir.
Son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olmuşdur. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilmiş, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.
"Mərkəzi Bankda bir qayda olaraq şikayətlər operativ idarəetməyə götürülür, sığorta istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilmiş, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilmişdir.
Mərkəzi Bank sığorta bazarı iştirakçılarının sığorta istehlakçılarına münasibətdə ədalətli davranışının daha da yaxşılaşdırılması, sığorta sahəsində ictimai məlumatlığın genişləndirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan tədbirlərini davam etdirəcəkdir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
