Qlobal bankdan Dollar proqnozu
Morgan Stanley analitikləri 2023-cü ildə dolların ucuzlaşacağını gözləyirlər.ABŞ-ın qlobal bankı və maliyyə xidmətləri şirkəti Morgan Stanley-ə görə, dollar pik həddinə çatıb və 2023-cü ildən aşağı düşəcək.
Marja xəbər verir ki, Bankın analitiklərinin fikrincə, dollar indeksi gələn ilin sonunadək 104-ə düşəcək. Dollar indeksi hazırda 107 ətrafındadır. Sentyabrda indeks 114 bəndini aşmışdı. Son bir ildə Dollar indeksi 94.63 bənnddən 114.78 bəndədək yüksəlmişdi.
Dollar indeksi ABŞ dollarının Avro, İngiltərə funt sterlinqi, Kanada dolları, İsveçrə frankı, Yapon yeni və İsveç kronundan ibarət səbətə nisbətini göstərir.
Bankın analitikləri hesab edirlər ki, gələn il inflyasiya zəifləyəcək və bu inkişaf etməkdə olan bazar aktivlərini dəstəkləyəcək.
Analitiklərə görə, ABŞ Mərkəzi Bankı (FED) 2023-cü ilin yanvarında da faizlərini artıracaq və gözləmə mövqeyinə keçəcək. Eyni zamanda, analitiklər 2023-cü ilin son rübündə FED-in faiz endiriminə başlayacağını gözləyirlər.
FED-in yüksək inflyasiya ilə mübarizə aparmaq üçün uzun illərin ən böyük faiz artımlarını etməsi dolların kəskin bahalaşmasına səbəb olub. Dollar indeksi 20 faizə qədər yüksəlib. Bu, 1972-ci ildən bəri ən yüksək illik artımdır.
Avro da dollar qarşısında son 20 ildə ilk dəfə 1 səviyyəsindən aşağı düşüb. Bu dövrdə inkişaf etməkdə olan ölkə istiqrazları 15% azalma ilə son 10 ilin ən aşağı gəlirini təmin ediblər.
Analitiklər Brent markalı neftin qiymətinin 110 dollar/barel səviyyəsinə qalxacağını gözləyirlər. Qiymətlər bu gün 94 dollar ətrafındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























