Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Aqrar Subsidiya Şurasının qərarı formal xarakter daşıyıb, buğda üzrə göstəricilərə mənfi təsir edib

Aqrar Subsidiya Şurası subsidiya ilə bağlı qərarını buğda və arpanın payızlıq əkinlərindən sonra qəbul edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar Subsidiya Şurasının qərarı formal xarakter daşıyıb, buğda üzrə göstəricilərə mənfi təsir edib

Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üzrə İş planına uyğun olaraq bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinə dair keçirilmiş səmərəlilik (performans) auditinin nəticələrini açıqlayıb.

Marja.az Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsinə istinadən xəbər verir ki. audit 01.01.2020-ci il tarixindən 01.01.2022-ci il tarixinədək olan dövrü əhatə edib.

Audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir: 2020-ci ildən aqrar sahədə yeni subsidiya mexanizminin tətbiq olunması çərçivəsində bitkiçilik sahəsində strateji məqsədlər, konkret hədəflər, kəmiyyət və keyfiyyət indikatorları və gözlənilən nəticələr rəsmi (sənədli) qaydada müəyyənləşdirilməmişdir ki, bu da yeni subsidiya mexanizminin yekun faydalarının və bununla da yeni sistemin səmərəliliyi və nəticəliliyi məsələlərinin qiymətləndirilməsində müəyyən çətinliklər yaratmışdır.

2020-ci ildən bitkiçilik sahəsində yeni subsidiya mexanizminin tətbiq olunması prosesin rəqəmsallaşdırılması, hesabatlılıq (məlumatlılıq) və şəffaflıq, müraciətlərin sadələşdirilməsi, subsidiyaların təyinatında çoxpilləli sistemin aradan qaldırılması və insan faktorunun minimallaşdırılması baxımından nailiyyətlərin əldə olunmasına şərait yaratmış, əvvəlki mexanizmdən fərqli olaraq yeni mexanizmdə subsidiyalaşdırma prosesinin cari tənzimlənməsinin Aqrar Subsidiya Şurasının qərarları vasitəsilə həyata keçirilməsi isə inzibatçılıqda operativliyi və çevikliyi əhəmiyyətli dərəcədə artırmışdır.

Eyni zamanda, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarından, o cümlədən makroiqtisadi (statistik) hesabatlılıq öhdəliklərindən irəli gələn tələblər nəzərə alınmayaraq, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqini tənzimləyən hüquqi aktlarda subsidiya alınması üçün müraciət edən fermerlərin (kənd təsərrüfati məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxsin) dövlət qeydiyyatı nömrəsinin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) əks etdirilməsi ilə əlaqədar hər hansı müddəa nəzərdə tutulmamış, inzibatçılıq qaydasında da dövlət qeydiyyatına alınması vəziyyəti araşdırılmamış, dövlət büdcəsinin vəsaitləri hesabına əkin və məhsul subsidiyaları fermerlərə (hətta hüquqi şəxslər olan fermer təsərrüfatlarına) açılmış bank kartlarına köçürülərək dövlət dəstəyi çərçivəsində real sektora yönəldilən vəsaitlərin mikro və makrotəsirləri baxımından sosial, maliyyə və statistik hesabatlılıq intizamı stimullaşdırılmamışdır. 

Torpaq mülkiyyətçiləri və (və ya) istifadəçiləri hüquqi şəxslər olan əkin sahələri üzrə bəyanlara görə 2020-2021-ci illərdə 178 halda əkin subsidiyasının köçürüldüyü fermer kartlarının sahiblərinin (yəni, fiziki şəxslərin) həmin hüquqi şəxslərin muzdlu işçiləri və ya qanuni nümayəndələri olması (2020-2021-ci illərdə) əmək müqavilələri ilə və ya hər hansı digər rəsmi sənədlərlə təsdiq edilmədiyindən 6486,3 min manat məbləğində dövlət büdcəsi vəsaitinin təyinatının gözlənilməməsi ilə yanaşı, yeni subsidiyalaşdırma mexanizminin yalnız “fermer kartları” üzərindən qiymətləndirilmişdir.

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda (bundan sonra 759 nömrəli Qayda) digər subsidiya növlərinin (məhsul subsidiyası, toxum subsidiyası, heyvan subsidiyası, arı subsidiyası və barama subsidiyası) məzmunundan (mahiyyətindən) fərqli olaraq, əkin subsidiyası üçün konkret adlarda xərc təyinatlılığının müəyyənləşdirilməsi iqtisadi nəzəriyyədən və beynəlxalq standartlardan irəli gələn tələblər çərçivəsində subsidiya məfhumunun əvəzsiz maliyyə vəsaiti olmaqla benefesiarda yaranan zərərin tam və ya qismən bağlanmasına dəstək məqsədilə təyinatının konkret məzmunundan asılı olmayaraq istənilən cari xərclərinə yönəldilə bilməsi kimi fundamental mahiyyəti və nəticə etibarı ilə fermerlərin hüquqları ilə uyğunsuzluqları şərtləndirmişdir.

Aqrar Subsidiya Şurası tərəfindən hər il üçün bitkiçilik sahəsinin subsidiyalaşdırma meyarları üzrə qərarı barədə ictimaiyyəti məlumatlandırmasının son müddətinin 759 nömrəli Qaydanın 2.4-cü bəndi ilə yanvar ayının 15-dək müəyyənləşdirilməsi şəraitində 2021-ci ilin məhsulu üçün 09.12.2020-ci il tarixində qəbul edilmiş müvafiq qərar subsidiyalaşdırılan torpaq sahəsinin 65,0%-dən çoxunu əhatə edən buğda və arpanın payızlıq əkinləri üzrə fermerlərin seçiminə stimullaşdırıcı təsir göstərməyərək formal xarakter daşımışdır ki, bu da ərzaq təhlükəsizliyində mühüm strateji yer tutan buğda bitkisinin statistik göstəricilərinə mənfi təsirlərlə nəticələnmişdir.

Əkin sahələrinin subsidiya ilə əhatə səviyyəsi genişləndirilsə də, ölkə üzrə statistik məlumatlar 2021-ci ildə müvafiq (buğda, arpa, pambıq, şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkiləri, yonca, üzüm, çay və meyvə) bitkilər üzrə becərilən faktiki 1803,6 min hektar sahənin yalnız 68,8%-nin, o cümlədən kartof becərilən 56,1 min hektar sahənin yalnız 17,5%- nin subsidiya ilə təmin edilərək əkinlərin bir hissəsinin dövlət dəstəyindən kənarda qaldığını deməyə əsas vermişdir ki, bunun da auditlə müəyyən edilən səbəbləri əsasən faktiki istifadədə və ya mülkiyyətdə olan torpaq sahələrinin müvafiq qaydada sənədləşdirilməməsi (Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 07.10.2021-ci il tarixli 1455 nömrəli Fərmanından irəli gələn tələblər çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərə alınmaqla), elektron müraciət reqlamentlərinə tam və ya qismən əməl edilməməsi, eyni zamanda maarifləndirmə işləri ilə prosesin kütləviliyinə nail olunmaması kimi proseslərlə izah edilə bilər. 

Dövlətin birbaşa subsidiyalaşdırma formasında bitkiçilik sahəsinə dəstəyinin 2019-cu illə müqayisədə 2020-2021-ci illərdə əhəmiyyətli dərəcədə artması (177,5 mln. manata qarşı, müvafiq olaraq 31,5% artaraq 233,4 mln. manata və 45,7% artaraq 258,6 mln. manata çatması) şəraitində subsidiya məbləğləri ilə əhatə olunan əkin sahələrində müəyyən yüksəliş (1201,1 min ha qarşı, müvafiq olaraq 7,3% artaraq 1288,6 min ha və 7,2% artaraq 1287,5 min ha çatması) müşahidə olunmuşdur ki, bu da bir o qədər də önəmli olmayan meyvə əkinlərinin 50,7 min ha (97,4 %) və çiyələk əkinlərinin 409,3 ha (87,6%) genişləndirilməsi, eyni zamanda önəmi daha yüksək olan buğda əkinlərinin 89,0 min ha (15,9%), çəltik əkinlərinin 1,1 min ha (38,8%), kartof əkinlərinin 2,5 min ha (20,1%), tərəvəz əkinlərinin 6,9 min ha (43%), bostan bitkiləri əkinlərinin isə 4,9 min ha (47,2%) azalması fonunda baş vermişdir.

Eyni zamanda, ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 2021-ci ildə 572309 hektar olmaqla 2020-ci illə müqayisədə 16106 hektar və ya 2,7%, 2019-cu illə müqayisədə 97711 hektar və ya 14,6% azalmış, istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1,0% artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2% azalmış, buğda idxalının həcmi 2021-ci ildə 1148,1 min tona bərabər olmaqla 2019-2020-ci illərlə müqayisədə, müvafiq olaraq 436,9 min ton və 217,0 min ton azalmış, ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62,3% azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23,3% azalaraq 359,5 min ton) təşkil etmişdir ki, bu da buğda əkininin subsidiyalaşdırılması üzrə inzibati tənzimlənmələrin 2020-ci və 2021-ci illərdə bu sahədə müsbət makroeffektlər yaratmadığını göstərmişdir.

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə olunmayan sahələrin həcmi 2019-cu ildə 366267,0 hektar təşkil etdiyi halda, 2020-ci ildə 475952,0 hektara, 2021-ci ildə isə 436010,0 hektara bərabər olmaqla kənd təsərrüfatına yararlı ümumi torpaq sahələrinin, müvafiq olaraq 7,7%, 10,0% və 9,1%-ni təşkil etmişdir ki, bu da 2020-ci ildən tətbiq edilən yeni subsidiya mexanizminin və bu mexanizm çərçivəsində xərclənmiş vəsaitlərin iki illik müddət ərzində bitkiçilik sahəsində fəaliyyətin cəlbediciyinə makrosəviyyədə hələ ki ciddi töhfə vermədiyini göstərmişdir.

Yeni subsidiyalaşdırma mexanizmində əvvəlki mexanizmdən fərqli olaraq subsidiyanın pambığın həm əkininə, həm də məhsul satışına görə müəyyənləşdirildiyi şəraitdə pambıqçılıq sahəsi üzrə ümumilikdə ödənilmiş subsidiyanın məbləğinin 2019-cu ilə nisbətən 2020-ci ildə 59,7% artaraq 47,1 mln. manatadək, 2021-ci ildə 82,0% artaraq 53,7 mln. manatadək yüksəlməsinə baxmayaraq, pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə (2019-cu il üzrə 29,5 sentner/hektar, 2020-ci il üzrə 33,5 sentner/hektar) müqayisədə, müvafiq olaraq 3,4% və 14,9%, eyni zamanda pambığın ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287,0 min ton olmaqla əvvəlki iki ilin müvafiq göstəricilərinə nisbətən (2019-cu il üzrə 295,3 min ton, 2020-ci il üzrə 336,8 min ton), müvafiq olaraq 2,8% və 14,8% azalmışdır ki, bu da bu sahəyə yönələn resurslarla nəticəliliyin qeyri-adekvat inkişaf etdiyini göstərmişdir.

Bir tərəfdən məhsul subsidiyasının məbləğinin məhsulun fiziki çəkisinə uyğun ödənilərək vəsaitlərdən səmərəli istifadə olunmaması, digər tərəfdən məhsulun fiziki çəkisinin nəmlik və (və ya) zibillik adı altında yüksək faizlə azaldılmaqla kondisiya çəkisinə uyğun ödənilərək fermerlərin maraqlarının qorunmaması kimi çoxsaylı hallara yol verildiyi müəyyən olunmuşdur ki, bu da məhsul subsidiyası məbləğinin müvafiq bitkilərin kondisiya və ya fiziki çəkisi əsas götürülməklə müəyyənləşdirilməsi, eyni zamanda nəmlik və zibillik normativlərinin yuxarı hədlərlə məhdudlaşdırılması məsələlərinin tənzimlənməməsi ilə əlaqədar olmuşdur.

“Elektron Kənd Təsərrüfatı” İnformasiya Sisteminin (bundan sonra – EKTİS) mövcud texniki parametrləri əkin sahələrini icarəyə verməklə kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olmayan torpaq mülkiyyətçilərinə də əkin subsidiyası üçün müraciət etməyə və əkin subsidiyasını almağa imkan verir ki, bu da inzibatçılıqda əlavə risklər yaratmaqla fermerlərin maarifləndirilməsi səviyyəsinin aşağı olması şəraitində müəyyən sui-istifadə hallarını şərtləndirir

Toplanmış audit sübutları kənd təsərrüfatı istehsal vasitələrinin (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) təchizatçılarının EKTİS-də qeydiyyata alınmasına dair icbari prosedurun formal xarakter daşıdığını, subsidiyalaşdırma prosesində səmərəliliyin və nəticəliliyin əldə olunmasına adekvat töhfə vermədiyini göstərməklə yanaşı, inzibatçılığın əsasən istehsal təyinatlı torpaq mülkiyyətçilərinin və (və ya) istifadəçilərinin (fermerlərin) məhsuldarlığa hədəflənmiş intizamlı davranışları üzərindən təşkil edilməli olduğunun zəruriliyini bir daha təsdiq etmişdir.

Auditlə əhatə olunan dövrdə müvafiq dövlət qurumlarının zəruri informasiya bazaları ilə inteqrasiya olunmaqla çarpaz monitorinqlərin, qarşılıqlı üzləşdirmələrin aparılması ilə risklərin dəyərləndirilməsi, uyğunsuzluqların aşkarlanması, səhv bəyanların bloklaşdırılaraq təsdiqlənməməsi, fermerlərin intizamlı və intizamsız qruplara ayrılması kimi önəmli prosedurların avtomatlaşdırılması, Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) Dövlət Aqrar İnkişaf Mərkəzləri üçün qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin yerinə yetirilməsinə imkan verən parametrlərin yaradılması, konkret sifarişlər üzrə peyk və digər texniki imkanlardan istifadə edilməklə zəruri yerüstü müşahidələrin aparılması, ödənilməli olan subsidiya məbləğlərinin şəffaf və operativ qaydada köçürülməsini təmin etmək üçün xəzinə orqanları və agent bankla zəruri informasiya resursları üzrə inteqrasiya işləri təmin edilməmişdir ki, bu da dövlət sektoru kontekstində inzibatçılığın, o cümlədən 759 nömrəli Qaydanın 5-ci bəndi çərçivəsində daxili nəzarət sisteminin (xüsusilə ilkin nəzarət (preventivlik) qaydasında) təkmilləşdirilməli olan tərəflərini göstərmişdir.

Daxili nəzarət qaydasında aparılmış tədbirlərlə və auditin gedişatında toplanmış əlavə sübutlarla səhv bəyanlar və inzibatçılıqdakı qüsurlar səbəbindən auditlə əhatə olunan dövr üzrə fermerlərin kartlarına artıq köçürüldüyü aşkar olunmuş ümumilikdə 4572,3 min manat (o cümlədən, 2020-ci ildəki texniki səhvlər nəticəsində ikiqat ödəmələr səbəbindən 1933,6 min manat) məbləğində əkin subsidiyasından cari auditor hesabatının rəsmiləşdirilməsi tarixinə 2191,6 min manatının (47,9%-nin) dövlət büdcəsinə bərpası təmin edilməmişdir ki, bu da ilkin və sonrakı nəzarət prosedurlarının gücləndirilməsinə ehtiyac olduğunu göstərməklə yanaşı, məsuliyyət tədbirlərinin tətbiqini daha da aktuallaşdırmışdır.

“Aclığa son” adlı 2-ci Dayanıqlı İnkişaf Məqsədinin (bundan sonra – DİM) “Dövlət xərclərinin kənd təsərrüfatına istiqamətləndirilmə indeksi” indikatorunda ölkə üzrə müəyyən artım müşahidə olunmuşdur ki, bu da kənd təsərrüfatı sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin dövlət büdcəsinin ümumi xərclərinin tərkibindəki payının artımı ilə yanaşı kənd təsərrüfatı sahəsinin birbaşa subsidiyalaşdırılmasına (əvəzsiz əsaslarla maliyyələşdirilməsinə) dövlət büdcəsindən ayrılan vəsaitlərin payının artımı ilə də müşayiət olunsa da, qeyri neft-qaz ÜDM-də bu sahənin payı adekvat həddə artmamış, 2020-ci ilə nisbətən 2021-ci ildə azalmışdır.

2020-ci illə müqayisədə 2021-ci ildə əkin subsidiyasının məbləğinin 25,2 mln. manat və ya 10,8% artaraq 258,6 mln. manatadək yüksəlməsi şəraitində bu dövlət dəstəyindən istifadə etmiş fermerlərin sayı 6,6 min vahid azalaraq 402593 nəfərədək enmiş, orta hesabla bir fermerə düşən subsidiya məbləği isə 12,6% artaraq 642,2 manatadək yüksəlmişdir ki, bu da bir tərəfdən subsidiyalaşdırılan torpaq sahələrinin mülkiyyətçilərinin və (və ya) istifadəçilərinin sayının azalması, digər tərəfdən isə vergilərdən (torpaq vergisindən başqa) azadolmalar və birbaşa əvəzsiz köçürmələr vasitəsilə subsidiyalaşdırılmaqla iqtisadi cəlbediciliyi yüksək olan bitkiçilik sahəsində mikro və kiçik kateqoriyalı sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməməsi kimi meyillərdən xəbər verməklə, DİM-lərin “Heç kəs kənarda qalmasın” kimi fundamental prinsiplərə əməl etmə səviyyəsinin iki illik müddətdə qənaətbəxş inkişaf etmədiyini göstərmişdir.

759 nömrəli Qaydanın 3.14-cü bəndindən irəli gələn tələblərin nəzərə alınmaması şəraitində məhsul subsidiyası ilə bağlı proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannamələri (müraciətləri) EKTİS-ə daxil edilməyən fermerlərin müvafiq (pambıq, şəkər çuğunduru, tütün üzrə) əkin sahələrinin faktiki mövcudluğu və uyğunluğu araşdırılmadan məhsul subsidiyalarının köçürülməsinə, eyni zamanda əkin subsidiyaları köçürülmüş fermerlərin məhsul subsidiyasının alınması üçün müraciət etməmələrinin səbəblərinin araşdırılmamasına yol verilmişdir ki, bu da inzibatçılığın düzgün təşkil edilməməsi ilə fermerlərdə intizamsızlığın artmasına səbəb olmuş və dövlət dəstəyinin nəticəliliyinə mənfi təsir göstərmişdir.

EKTİS-də fermer (yəni, kənd təsərrüfatı məhsullarının istehsalçısı) kimi qeydiyyatda olmayan 2020-ci ildə 510 sayda, 2021-ci ildə 2049 sayda rezident hüquqi və ya fiziki şəxsə texnikaların (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti, avadanlıqların və s. (o cümlədən, bitkiçilik sahəsinə aid olmayan texnikaların azlıq təşkil etməsi şərtilə)) alışı üzrə 40 faizlik güzəştin maliyyə təminatı qismində ümumilikdə 95006,4 min manat məbləğində vəsaitin (həmin güzəşt üzrə xərclənmiş ümumi vəsaitin 65,7%-nin) sərf edilməsinə yol verilmişdir ki, bu da vergi güzəştləri və azadolmalarının tətbiqi üzrə dövlət siyasəti ilə uyğunsuzluqlar yaratmaqla, dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan maliyyə resurslarının digər dövlət qurumlarının dəstək vermə səlahiyyətlərinə aid edilən sahibkarların (yəni, kənd təsərrüfatı məhsullarının istehsalçıları qismində vergi güzəşt və azadolmaları ilə əhatə olunmayan xidmət və digər sahələrdə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərin və s.) da subsidiyalaşdırılmasına yönəldilməsini, bununla da fəaliyyət indikatorlarının təhrif olunduğunu deməyə əsas verir.

İnzibati prosedurların Azərbaycan Respublikası Prezidentinin 21.05.2019-cu il tarixli 701 nömrəli Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə həvalə edildiyi şəraitdə müvafiq kənd təsərrüfatı texnikalarının əkin sahələri ilə əlaqələndirilməklə ölkə miqyasında və regionlar üzrə mütəmadi diaqnostikasının inzibatçılıq qaydasında təmin edilməməsi bəzi sahələrdə müvafiq texnikaların tələbatdan artıqlığı ilə nəticələnmişdir ki, bu da fermerlərin güzəştli şərtlərlə texnikalarla təminatı üzrə bir sıra zəruri (tərəvəzçilik, kartofçuluq, aqrar emal, aran və cənub bölgələrində suvarma sistemləri dəstləri və s.) sahələrdə mexanikləşmənin lazımi səviyyədə artırılmasının stimullaşdırılmamasına səbəb olmuşdur 

Əkinlərin suvarılması ilə bağlı Aran iqtisadi zonasında yerləşən regionlarda (Saatlı, Sabirabad, Neftçala, İmişli, Biləsuvar, Beyləqan və s.) çətinliklərin mövcud olduğu halda, suvarma suyuna qənaət etməyə imkan verən damcılı suvarma sistemləri dəstlərinin güzəştli şərtlərlə satışı üzrə dövlət dəstəyi çərçivəsində əsasən suvarma suyu ilə yaxşı təmin olunmuş şimal bölgələrindəki rayonların (Qusar, Quba və Xaçmaz) əkin sahələri maliyyələşdirilmiş, sorğu ilə əhatə olunan fermerlər (respondentlər) üzrə müasir suvarma sistemlərindən istifadə vəziyyətində artım tempi müşahidə olunsa da, ölkə üzrə bu suvarma üsulundan istifadə səviyyəsi qənaətbəxş deyildir.

Texnikaların (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, suvarma sistemləri dəstinin və avadanlıqların) 40,0%-lik güzəşt hissəsinin maliyyələşdirilməsi ilə reallaşdırılan alışı (alışının, o cümlədən quraşdırılmasının tamamlanmasından sonra) prosesində daxili nəzarətin malların (işlərin və xidmətlərin) bir vergi ödəyicisindən digərinə hərəkətini təsdiqləyən elektron qaimə-fakturalar üzərindən həyata keçirilməməsi dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyətinin müəyyənləşdirilməsini mümkünsüz etməklə, inzibatçılığın təkmilləşdirilməli olan tərəflərinin mövcudluğunu bir daha təsdiq etmişdir.

12.04.2023 13:30

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ