Commerzbank: Qızıl 2017-nin 4-cü rübündə 1300 dollara qalxa bilər
Commerzbank AG, dünyanın 2017-ci ildə Donald Trump-dan Brexit danışıqlarına qədər gizli "tələlər" ehtiva edən risklərlə dolu olacağını düşünür.
"Marja" xəbər verir ki, banka görə bu vəziyyət, qiymətli metalları dəstəkləyə və investorlar güclü dollar ilə yaşamağa öyrəşərkən artan tələbatı təşviq edə bilər.
Commerzbank analitiklərinin qələmə aldığı bir hesabata görə, qızıl qiymətləri 2017-nin son rübündə 1300 dollar/unsiya və 2018-də isə 1400 dollar/unsiya səviyyəsinə yüksələ bilər. Bank, asiyalı istehlakçıların artan tələbatı və aşağı real faizlər səbəbilə, həmçinin ABŞ-dan Çinə qlobal qeyri-müəyyənliklər ilə əlaqədar olaraq qiymətli metalda yüksəliş gözləyir.
"Saysız-hesabsız qeyri-müəyyənlik bazarlarda riskdən qaçışda qızılın bahalaşmasına hər an rəvac verə bilər" - hesabatda deyilir.
Banka görə bu qeyri-müəyyənliklər, Trump-ın Çin ilə ticarət mübarizəsinə girmək kimi qərarları, Avropadakı seçkilərdən yaranan qeyri-müəyyənliklər, İtalya bank sisteminin bazar sabitliyi üzərində yaratdığı risklər ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"bp-Azərbaycan" biznes əməliyyatları haqqında yeni məlumatlar açıqladı
-
4 saat əvvəl
Metal filizlərinin hasilatı və istehsalı bağlı yeni hədəflər müzakirə olunub
-
4 saat əvvəl
Mərkəzi Bank 2 sığorta şirkətinin vəzifəli şəxsini cərimələyib
-
5 saat əvvəl
"Güzəştli kreditlərin istifadəsində təyinatdan kənarlaşmalar olur" - MÜSAHİBƏ