Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
2025-ci yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat, xərcləri 22 milyard 308 milyon manat təşkil edib. Nəticədə dövlət büdcəsində 4 milyard 51,4 milyon manatlıq profisit (büdcə artıqlığı yaranıb)
Cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib ki, bu da səkkiz aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyib.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2025-ci ilin 8 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edərək proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manat təşkil edərək proqnozdan 7,2 milyon manat və ya 31,0 faiz, sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 milyard 654,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 8 ayı ərzində 23 milyard 725,9 milyon manat proqnoza qarşı 22 milyard 308 milyon manat məbləğində icra edilib ki, bu da 94 faiz təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 d. əvvəl
- 23 d. əvvəl
-
- 45 d. əvvəl
-
1 saat əvvəl
Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
""PAŞA Həyat" İnnovasiyanın inkişafına hər zaman töhvə verir"
-
2 saat əvvəl
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
-
2 saat əvvəl
"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"
- 3 saat əvvəl
Son Xəbərlər

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub

Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

Sabahın hava proqnozu açıqlanıb : yağış yağacaq - PROQNOZ

"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"

Xəzər Universitetinə rektor təyin edilib

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi

Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da

BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR

Azərbaycan neftinin son qiyməti
