İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
İran müharibəsi ilə birlikdə yüksələn neft qiymətləri Asiyada pestisid istehsalının maya dəyərini artırıb. Bəzi kənd təsərrüfatı kimyəvi maddələrinin qiymətlərində son həftələrdə iki rəqəmli artımlar qeydə alınır. Bu vəziyyət onsuz da gübrə və yanacaq xərclərinin təzyiqi altında olan fermerlər üçün yeni bir maliyyə yükü deməkdir.İran müharibəsi və bununla əlaqədar xam neft qiymətlərinin yüksəlməsi kənd təsərrüfatında mühüm xərc komponentlərindən birini də artırmağa başlayıb.
Marja xəbər verir ki, Asiyada kimyəvi pestisidlərin qiymətləri son həftələrdə yüksəlişə keçib. İstehsalçı şirkətlərin daha yüksək qiymət gözləntiləri səbəbilə yeni sifarişlərdə ehtiyatlı davranmaları bazarda qısamüddətli təklif çatışmazlığını daha da dərinləşdirir.
Bazarda baş verən prosesləri təhlil edən Bloomberg-in məlumatına görə, bəzi kənd təsərrüfatı kimyəvi maddələrinin qiymətləri son həftələrdə 10–12 faiz artıb. Hindistanda isə 1 apreldən etibarən yeni qiymət artımlarının gündəmdə olduğu bildirilir.
Oxşar dinamika Çində də müşahidə olunur. Ölkədə geniş istifadə olunan alaq otlarına qarşı dərman – qlifosatın qiyməti bu ay 14 faiz artıb. Çin bu məhsulun dünya üzrə əsas ixracatçılarından biri olduğu üçün burada baş verən qiymət dəyişiklikləri təkcə daxili bazara deyil, daha geniş regional bazara da təsir edə bilər.
Kənd təsərrüfatı kimyəvi maddələrindəki bu bahalaşma müharibənin fermerlər üzərindəki maliyyət təzyiqini daha da artırır. Çünki bir çox ölkədə eyni dövrdə gübrə qiymətləri də yüksəlir, bəzi yerlərdə isə yanacaq təchizatı daha həssas vəziyyətə düşür. Beləliklə, fermerlər eyni vaxtda bir neçə əsas istehsal xərci üzrə qiymət şoku ilə üzləşirlər.
Məsələn, Avstraliya hökuməti də bazar ertəsi müharibə səbəbilə yaranan çatışmazlıqlardan sonra ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı təchizat zəncirlərinin yenidən qiymətləndirilməsi barədə qərar qəbul edib. Bu araşdırmaya bitki mühafizə vasitələri və gübrə kimi vacib istehsal vasitələri də daxil edilib. Bu addım problemin artıq təkcə kommersiya deyil, həm də strateji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi məsələsi kimi qiymətləndirildiyini göstərir.
Bazarlardakı qeyri-müəyyənliyin davam etdiyini bildirən "Rabobank"ın Şanxay üzrə baş analitiki Lief Chiang, neft-kimya və əsas kimyəvi maddələrin qiymətlərindəki dalğalanmalar səbəbindən bir çox pestisid şirkətinin müvəqqəti olaraq qiymət təklif etməyi dayandırdığını qeyd edir.
Neft geniş istifadə olunan kənd təsərrüfatı kimyəvi maddələrinin istehsalında vacib və münasib xammal hesab olunduğuna görə enerji bazarında baş verən hər ciddi dəyişiklik pestisid qiymətlərinə də sürətlə təsir göstərir. İstehsal xərclərinin daha da artacağı halda bəzi fermerlərin pestisid istifadəsini azaltmaq məcburiyyətində qala biləcəyi bildirilir. Bu isə yalnız fermerlərin gəlirlərinə deyil, məhsuldarlığa, ümumi kənd təsərrüfatı istehsalına və nəticə etibarilə ərzaq qiymətlərinə də təsir edə biləcək risk deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)








.jpg)






