970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Biznesə göstərilən dövlət xidmətlərinin bir hissəsi özəl sektora veriləcək

Dövlət sahibkara xidmət modelini dəyişir. Yeni mexanizm müzakirə edildi — Dövlət orqanları tərəfindən sahibkarlara göstərilən xidmətlərin həyata keçirilməsi özəl şirkətlərə həvalə olunacaq.
AzVak-mobil_resmin_ustu_31
Biznesə göstərilən dövlət xidmətlərinin bir hissəsi özəl sektora veriləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.

Marja xəbər verir ki, Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.

Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Bu sahədə xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması, innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Yeni mexanizmin sahibkarlığın inkişafına cavabdeh qurumların iştirakı ilə birgə müzakirəsi və formalaşdırılması yekun sənədin daha əhatəli hazırlanmasına imkan verəcəkdir.

İclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri üzrə təkliflər təqdim olunub, dövlət qurumlarının təmsilçilərinin təklif olunan yanaşmaya münasibəti dinlənilib, sualları cavablandırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmlərinin hazırlanması tapşırılıb. Hazırda sahibkarlıq sahəsində dövlət siyasətini dövlət müəyyən edir, biznes subyektlərinə xidmətlər dövlət qurumları tərəfindən göstərilir və bu xidmətlərin nəticələrinə nəzarət edilir. Yeni mexanizmin tətbiqi ilə isə biznes subyektlərinə göstərilən xidmətlər üzrə əməliyyat, texniki və təşkilati funksiyaların mərhələli şəkildə özəl sektora ötürülməsi nəzərdə tutulur. Müvafiq mexanizm hazırlanarkən biznes subyektlərinə göstərilən xidmətlərin fasiləsizliyinin və keyfiyyətinin təmin edilməsi, xidmətlərin sosial əlçatanlığının qorunması, məlumatların təhlükəsizliyinin və məxfiliyinin təmin olunması, habelə maraqlar toqquşmasının qarşısının alınması kimi məsələlərə xüsusi diqqət yetiriləcəkdir.

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli Qərarı ilə  yaradılıb. Koordinasiya Qrupunda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.

İş elanları AzVak.az-da

KOBİA kiçik və orta biznes KOB sahibkarlar ixracatçılar investorlar dövlət xidmətləri özəl sektor biznes mühiti rəqəmsallaşma xidmətlərin optimallaşdırılması Koordinasiya Qrupu Elnur Əliyev İqtisadiyyat Nazirliyi.
10.09.2026 18:44
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19