ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizminə böyük maraq
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış məhsullara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur.
Marja Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, prosesin başlandığı may ayı ərzində alınmış məhsullara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 264 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 194 min 711-i və ya 74 faizi əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.
Həmçinin may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat “www.edvgerial.az” portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 1,7 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, eləcə də satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.
Eyni zamanda, alınan məhsul və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində “www.edvgerial.az” portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal ID-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.
Həmçinin “BirBank” tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.
Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış məhsullara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 1 d. əvvəl
- 4 d. əvvəl
-
5 d. əvvəl
Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı – Neft qiymətləri düşüb
-
44 d. əvvəl
“Atəşgah Həyat”ın mənfəəti 55% artıb, sığorta ödənişləri 88 milyon manata yaxınlaşıb
-
45 d. əvvəl
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
İri şəbəkədən ardıcıl iki açılış – Maştağa və Xırdalanda yeni mağazalar
-
1 saat əvvəl
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
-
1 saat əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Əliyev Ərdoğana başsağlığı verib
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
“Atəşgah Sığorta”nın yığımları 41% artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Çinin ticarət profisiti 1 trilyon dolları keçib – Yeni rekorda doğru
Azərbaycan neftinin son qiyməti
SOCAR Çinin neft-kimya nəhəngi ilə strateji əməkdaşlığa başlayır
Qiymətləndirmə sahəsində böyük dəyişikliklər hazırlanır – Elektron reyestr və yeni standartlar gündəmdədir - MÜSAHİBƏ





















