PAŞA Bankdan yeni kart məhsulu - 50% ENDİRİMLƏ
PAŞA Bank Miles&Smiles Visa Platinum 50% endirimlə: yeni mil kartı ilə müasir imkanlar daha da əlçatan oldu!(®️) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, Miles&Smiles proqramına daxil olan yeni kart məhsulu - PAŞA Bank Miles&Smiles Visa Platinum kartını Azərbaycan bazarına təqdim etdi.
Geniş auditoriya üçün daha əlçatan olan bu mil kartı öz sahibinə həm Azərbaycanda, həm də dünyada Bankın bir çox tərəfdaşları tərəfindən təqdim olunan müasir imkan və üstünlüklərdən yararlanmaq üçün imkan yaradır.
Belə ki, PAŞA Bank Miles&Smiles Platinum kart sahibləri həm ölkə daxili, həm də xaricdə ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə hər əməliyyat müqabilində millər qazanır və həmin milləri Dünyanın 300-dən çox istiqaməti üzrə pulsuz aviabiletə çevirmək imkanı əldə edirlər. Bundan başqa, kart sahibi PAŞA Bankın tərəfdaş şəbəkəsində kartla ödəniş edərkən əlavə millər qazanır, Miles&Smiles kartından hotel bron edərkən, avtomobil icarəyə götürərkən, alış-veriş edərkən istifadə etdikdə isə 35% -ə qədər endirimlər əldə edir.
PAŞA Bank Miles&Smiles Visa Platinum kartının xüsusiyyətlərindən biri də ilk ödəniş zamanı kart sahibinə əlavə bonus olaraq “Welcome” millərin təqdim edilməsi, həmçinin aviabilet və ya digər xidmətlər üçün avans millərin əldə edilməsi və bir çox digər üstünlüklər də daxildir.
Bundan əlavə, “Türk Hava Yolları”nın Miles&Smiles bonus proqramı çərçivəsində PAŞA Bank Miles&Smiles Visa Platinum kart sahibləri konsyerj xidmətindən istifadə edə, Dünyanın bir çox hava limanlarında VIP zallarından ildə iki dəfə pulsuz istifadə edə və digər üstünlüklər əldə edə bilərlər. Miles&Smiles Visa Platinum kartının etibarlılıq müddəti 3 ildir və qazanılmış millər 3 il müddətində qüvvədə qalır.
Miles&Smiles Visa Platinum kartının etibarlılıq müddəti 3 ildir və qazanılmış millər 3 il müddətində qüvvədə qalır. Kartın əldə olunması üçün birdəfəlik ödəniş cəmi 100 AZN təşkil edir. 5-15 avqust 2020 il tarixlərində kartı sifariş edən müştərilər 50% endirimnən faydalana bilər. Növbəti səyahət üçün milləri indidən toplamağa başlayın!
PAŞA Bankın yeni Miles&Smiles Visa Platinum kartının bütün üstünlükləri ilə tanış olmaq və kartı sifariş etmək üçün https://www.miles.pashabank.az/ saytına daxil ola və ya *9123 / (012) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 51 d. əvvəl
-
57 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
1 saat əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Ən çox oxunanlar
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı







.jpg)






.jpg)



