Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bankın nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub - PLANLAR MÜZAKİRƏ EDİLİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub - PLANLAR MÜZAKİRƏ EDİLİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyəti 7-8 fevral 2022-ci il tarixlərində İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində Türkiyə Respublikasının Mərkəzi Bankı (TRMB) nəzdində fəaliyyət göstərən İstanbul Mərkəzi Bankçılıq Araşdırma və Təlim Mərkəzi, Türkiyə Banklar Birliyi Təlim Mərkəzi, Türk Sığorta İnstitutu Fondu və Kapital Bazarı Lisenziyalaşdırma, Reyestr və Təlim Agentliyində müxtəlif görüşlər keçirilmişdir.

Görüşlər zamanı Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi sahələrində geniş fikir mübadiləsi aparılmış, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.

Səfər zamanı Mərkəzi Bankın nümayəndə heyətinin TRMB-nin sədr müavini Emrah Şenerlə görüşündə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək qiymətləndirilmiş, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilmişdir.

10.02.2022 11:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18