Əhalinin banklara əmanət yatırmaq marağı "yüksək inflyasiya ilə" azalır
Müddətli əmanətlərin aylıq artımı ötən ilin noyabr ayında 160,2 milyon manat ikən, cari ilin fevral ayında 35,1 milyon manata düşüb.Əhalinin müddətli əmanətlərinin artım tempi aşağı düşməkdə davam edib
Banklarda əhalinin əmanətləri 10 milyard manatı keçib. Qeyd edək ki, bu artım kreditləşmədə geniş istifadə edilməyən tələbli əmanətlərin artması ilə əlaqədardır.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 01 Mart 2022-ci il tarixində əhalinin əmanətləri 10 milyard 36,7 milyon manat təşkil edib. Bu, Fevral ayının əvvəli ilə müqayisədə 400,9 milyon manat çoxdur.
2022-ci ilin ilk 2 ayında əhalinin əmanətləri 795,2 milyon manat artıb.
1 Mart 2022-ci il tarixində 10 milyard 36,7 milyon manat əmanətin 166,9 milyon manatı sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri olub.
Həmçinin, 1 Mart 2022-ci il tarixində 10 milyard 36,7 milyon manat əmanətin 5 milyard 426,5 milyon manatını müddətli, 4 milyard 443,2 milyon manatını isə tələbli əmanətlər təşkil edib.
2022-ci ilin fevral ayında müddətli əmanətlər 35,1 milyon manat, tələbli əmanətlər isə 377,7 milyon manat artıb, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 12 milyon manat azalıb.
2022-ci ilin yanvar ayında müddətli əmanətlər 52,4 milyon manat, tələbli əmanətlər 372,5 milyon manat artmış, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 30,1 milyon manat azalmışdı.
Müddətli əmanətlər ötən ilin noyabr ayında 160,2 milyon manat, dekabr ayında 80,2 milyon manat artmışdı.
Müddətli əmanətlərin artım tempinin aydan-aya azalması - yüksək inflyasiya ilə əlaqədar olaraq manat əmanətlərinə marağın azaldığını göstərir. Azərbaycanda illik inflyasiya (12,2%) bankların təklif etdikləri əmanət faizlərini (əsasən 6-11% civarında) üstələyib. Qısası, əmanətçilər real olaraq zərər ilə üzləşiblər.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır.
Qeyd edək ki, 2022-ci ilin Fevral ayında hüquqi şəxslərin depozitləri 311,3 milyon manat azalaraq 17 milyard 185.8 milyon manata geriləyib.
Əhalinin əmanətləri, milyon manat ilə
01.03.2022 10036.7
01.02.2022 9635.8
01.01.2022 9241.5
01.12.2021 9051.7
01.11.2021 8887.4
01.10.2021 8838.1
01.09.2021 8559.1
01.08.2021 8605.9
01.07.2021 8435,4
01.06.2021 8635,2
01.05.2021 8352,9
01.04.2021 8147.5
01.03.2021 8379,9
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 saat əvvəl
Meta-ya 16,7 milyard dollarlıq zərbə – Facebook və Instagram dəyişəcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı
-
5 saat əvvəl
Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Lizinq şirkəti yarım ildə 510 min manat qazanıb
Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Ekolizinq”də 99%-lik pay əl dəyişdirib
10 yeni biznes “Startap” şəhadətnaməsi aldı - ADLARI
15 milyon manatlıq istiqrazlara 60,7 milyon manatlıq tələb - “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq
Banklarda 40 milyard manatdan çox depozit toplanıb
Əlindəki qızılın dəyərini bilirik! ®
Əhalinin banklara borcu artır: İstehlak kreditləri 10 milyard manatı keçib - Bir ildə 1 milyard manat artım



















