“Turanbank” biznes kreditləri portfelini 10 milyon manata yaxın artırıb
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin ilk rübündə “Turanbank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 20 milyon 520 min manat və ya 4,7% artaraq 456 milyon 965 min manata yüksəlib (31 Mart 2022-ci il tarixinə olan məlumat).
Marja.az xəbər verir ki, ilk 3 ayda "Turanbank"ın istehlak kreditləri portfeli (əhaliyə verilən nağd pul kreditləri) 7 milyon 440 min manat artaraq 99 milyon 954 min manata, biznes kreditləri portfeli 9 milyon 682 min manat artaraq 274 milyon 499 min manata, ipoteka kreditləri portfeli 3 milyon 400 min manat artaraq 82 milyon 513 min manata çatıb.
Xəbər verdiyimiz kimi, “Turanbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 1 milyon 13 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 105 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə “Turanbank”ın xalis mənfəəti 9,6 dəfə artıb. Mənfəətin artması gəlirlərin artmasından qaynaqlanıb. Ötən ilin ilk rübündə "Turanbank"ın faiz gəlirləri 9 milyon 366 min manat ikən, 2022-ci ilin ilk rübündə 13 milyon 486 min manata yüksəlib (44% artıb). Bankın qeyri-faiz gəlirləri isə 973 min manatdan 1 milyon 749 min manata qalxıb (80% artıb).
Həmçinin oxu
Bu bankın xalis mənfəəti 10 dəfəyə yaxın artıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















