Yelo Bank-ın xalis mənfəətində böyük geriləmə - 16 DƏFƏDƏN ÇOX AZALIB
Yelo Bank 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Yelo Bank Bankdan Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 145 milyon, yəni 27% artaraq 678 milyon manatı ötüb.
Qeyd edilib ki,Bank kredit portfeli üzrə də uzun müddətdir ki, artım tendensiyasını qoruyub saxlayır. Belə ki, 2021-ci ilin sonu ilə müqayisədə kredit portfeli 26 milyon manat artaraq 472 milyon manata çatıb. Hesabat dövrü ərzində Bank real sektorun maliyyələşməsinə 77 milyon manat kredit ayrılıb.
İlk rüb ərzində 4000-ə yaxın müştəriyə 27 milyondan çox istehlak krediti verilib və nəticədə bu istiqamət üzrə kredit portfeli 8 milyon artaraq 119 milyon manata çatıb. Bu satışın demək olar ki, 30%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Bu dövr üzrə əmanət portfelində də 100 milyon manatlıq 28% artım müşahidə olunur. Bunun fiziki şəxslərin əmanətləri hesabına baş verməsi müştərilərin Yelo Bank-a inamının da artmasını göstərir. Belə ki, 2022-ci ilin ilk 3 ayı ərzində 1200-dən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və Bankın depozit portfeli 452 milyon manatı ötüb.
Eyni zamanda hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 12 milyon manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% artım deməkdir.
Bank 3,4 milyon kredit ehtiyatı yaradaraq rübü 345 min manat mənfəət ilə tamamlayıb. Qeyd edək ki, Yelo Bank 2021-ci ilin ilk rübünü 5 milyon 670 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 16 dəfədən çox azalıb.
İlk rüb üzrə qeyri-faiz gəlirləri 1.3 milyondan çox olub ki, bu da ötən ilin eyni dövrü üzrə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Bank-ın məcmu kapitalı 89 milyon manat təşkil edib ki, bu da requlyativ tələbdən 39 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 14.61%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.33% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 1-ci rübün maliyyə nəticələrini belə şərh edib: "Bankımızın həm ötən il, həm də bu ilin ilk ayları üzrə nəticələrinə baxdıqda inkişaf strategiyamız üzrə düzgün irəlilədiyimizə bir daha əmin oluram. Təbii ki, bu nəticələr peşəkar komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. 2022-ci ilə hədəflərimizə uyğun start vermişik. Bu il müştərilərimizin həyatını rahatlaşdıracaq daha bir neçə yeni rəqəmsal məhsullarımızı istifadəyə verməyi və xüsusilə regional istiqamətdə xidmət şəbəkəmizi genişləndirməyi nəzərdə tutmuşuq."
Qeyd edək ki, Bank 2022-ci ilin ilk rübü ərzində Salyanda və Ağcabədidə olmaqla artıq 2 yeni regional filialını istifadəyə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
6 saat əvvəl
Qızılın qiyməti 4700 dollara yaxınlaşdı - 5000 dollar ssenarisi güclənir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Volkswagen-də dərin böhran: İşçilər rəhbərliyə etimadın sarsıldığını bildirir
-
8 saat əvvəl
Tramp Kanada ilə gərginlik fonunda Ontario gölünün adını dəyişməklə hədələdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO
-
10 saat əvvəl
Azərbaycandan Avropa ölkəsinə işçilər aparılacaq – 200-dən çox vakansiya
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Tramp: İran ordusunun böyük hissəsinin maaşı ödənilmir
LC Waikiki — yeni dərs ilində ailələrin yanında ®
Ən çox oxunanlar
“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentdən “Dənizkənarı Bulvar İdarəsi”lə bağlı FƏRMAN
Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi Prezidentin İşlər İdarəsinin balansına verilir
“Azəripək” “Azərxalça”ya birləşdirilir – “Azəripək”in özəlləşdirilməsi dayandırılır
Qarabağ Dirçəliş Fondunda gəlirin əsas mənbəyi dəyişir



















