Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank açıqlama yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank açıqlama yaydı

Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib.

Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Reklam_3_11

Xatırladaq ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır. O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-TürkBank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraqAzərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir, Bankın bütün filial və şöbələri öz fəaliyyətini normal qaydada həyata keçirir.

 

08.12.2016 20:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ