Bazarstore saytını yenilədi - ƏN YAXIN MAĞAZADAN ONLAYN SİFARİŞ
(®) Hər zaman müştərilərinin rahatlığını düşünən Bazarstore daha bir yeniliyə imza atıb. Minlərlə çeşiddə məhsulun olduğu sayt bir çox üstünlükləri ilə müştərilərin ürəyincə olacaq.
Belə ki, saytda qeydiyyatdan keçməklə marketlərimizdə olan bütün kampaniya və endirimlərdən yararlana bilərsiniz. Burada həmçinin yalnız sayta özəl xüsusi fürsətlər də var. Qeyd edək ki, Bazarstore mağazalarında bonus toplayıb xərclədiyiniz “Super Kart” saytda da keçərlidir.
Yeniliklərdən biri də odur ki, siz təyinat nöqtənizi seçə və sizə ən yaxın mağazadan çatdırılmanı təmin edə bilərsiniz. Və ən əsası siz irəli tarix üçün sifarişlərinizi planlaya bilərsiniz. Sifarişiniz məhz irəli tarixdə seçdiyiniz gün və saatda ünvanınıza çatdırılacaq. Məlumat bölməsindən “Sifariş İzləmə”ni seçərək onlayn sifariş zamanı bağlamanızın harada olduğunu izləmək imkanınız olacaq.
Endirim və yeniliklərdən dərhal xəbərdar olmaq üçün E-poçt, whatsapp və veb bildiriş sisteminə daxil olmağınız yetərlidir.
Rahatlıqla hər hansı sualınızı vermək, təklif və ya iradlarınızı bildirmək istəsəniz Onlayn Chat köməyinizə çatacaqdır.
Qeyd edək ki, dil seçimi edərək dörd fərqli dildə saytımızdan istifadə edə bilərsiniz. Burada həmçinin mağazalar bölməsinə daxil olaraq ünvanlarla tanış ola, “Karyera” bölməsini seçərək “İşə Müraciət Anketi” yarada bilərsiniz. Eyni zamanda bloq yazılarımızı oxuya, müxtəlif mövzular haqqında ipucları əldə edə və ya yemək reseptləri ilə tanış ola bilərsiniz.
Sizə ən yaxın Bazarstore barmağınızın ucunda - bazarstore.az
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 88 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir.
“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
6 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















