Bakı Limanında görünməmiş TIR aşırımı - ciddi artım
2016-cı ildə Bakı Limanında yükaşırma 47 faiz artıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə cavab verərək, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyat standartların tətbiqi üçün fəaliyyətini davam etdirib. Nəticədə 2016-cı ildə Bakı Limanında bütün istiqamətlər üzrə ciddi artım qeydə alınıb. Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47 faiz artaraq 4,5 milyon tona çatıb. Yükaşırmanın 87 faizi tranzit yükaşırmanın payına düşüb.
ƏN BÖYÜK ARTIM TIR AŞIRILMASINDADIR
Eyni zamanda ən böyük artım təkərli texnikanın xüsusən də, irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artıb və rəqəm ifadəsində 23 min 415 ədəd irihəcmli nəqliyyat vasitəsi təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8756 ədəd olub. Bunların 13 min 791 ədədi (58,3 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41,7 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28,5 faiz artaraq 17 min 100 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87,5 faiz) artaraq 1 milyon 575 min tona çatıb. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17,4 faiz artaraq 36 min 896 ədədə çatıb. Bunlardan 11 min 109 vaqon (30,1 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 25 min 787 (69,9 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20 min 203 nəfər olub.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 418,1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)















