Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

24 yaşı var, tanınmış 2 avtomobil şirkətinin direktoru təyin edildi

"Subaru Azərbaycan"a və "Rotary Motors"a yeni direktor təyin edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
24 yaşı var, tanınmış 2 avtomobil şirkətinin direktoru təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyanın Subaru brendinə məxsus avtomobillərin Azərbaycanda satışını həyata keçirən "Subaru Azərbaycan" MMC-nin direktoru dəyişib.

Marja.az xəbər verir ki, Yusifzadə Aysun Samir qızı Şirkətin direktoru vəzifəsindən azad edilərək, yerinə 24 yaşlı Cəbiyev Aşur Nizami oğlu təyin olunub.

Reklam_3_11

Həmçinin Aşur Cəbiyev Mazda Avtomobillərinin Azərbaycanda rəsmi satışını həyata keçirən "Rotary Motors" MMC-nin də (Mazda Avtomobil Mərkəzi) direktoru təyin edilib. O, Əzizova Bəsti Rəhbər qızını əvəz edib.

Əlavə edək ki, Aşur Cəbiyev “Group Motors” MMC-nin Marketinq direktorudur.

2006-cı ilin Sentyabr ayında "Burc Motors" MMC adı ilə dövlət qeydiyyatına alınmış, 2009-cu ilin May ayından "Subaru Azərbaycan" MMC olaraq fəaliyyətini davam etdirən şirkət 1 milyon 204 manat nizamnamə kapitalına malikdir. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesidir. 

2007-ci ilin Noyabr ayında dövlət qeydiyyatına alınmış "Rotary Motors" MMC 100 manat nizamnamə kapitalına malikdir. Bu şirkətin də hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesidir. 

"Group Motors" - Toyota, BYD, Mazda, Mitsubishi, Subaru və Honda kimi beynəlxalq avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

24.10.2025 08:45
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18