Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

50 investor "FNC BOKT"a 4 milyon 750 min manat borc verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
50 investor "FNC BOKT"a 4 milyon 750 min manat borc verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin 4 milyon 750 min manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2001024242 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində yekunlaşmışdır. 

Reklam_3_11

Marja xəbər verir ki, istiqrazlaa 50 investor 50 sifariş təqdim edib. Emissiya tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "FNC BOKT" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2001024242

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı:  950 (ədəd)

İlkin ticarət qiyməti:  5000 manat

İstiqrazların buraxılış həcmi:  4 750 000 manat

Kupon faizi: 15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  5 il

Hərrac qiyməti*:  5000 manat

Reallaşdırılmış həcm:  4 750 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 4 750 000 manat

İnvestor sayı:  50

Sifariş sayı:  50

Anderrayter:  “CPM-İnvest İnvestisiya Şirkəti” ASC

Hər gün yeni vakansiyalar - AzVak.az-da

05.02.2026 15:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18