“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyət cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər emissiya edib.
Marja.az Emissiya Prospektinə istinadən xəbər verir ki, Bank hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd (emissiyanın məcmu nominal dəyəri 18 milyon 658 min 520 manat) adi, adlı sənədsiz səhmlər buraxıb.
Səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində yerləşdiriləcəkdir.
Hazırda "PAŞA Bank"ın nominal nizamnamə kapitalının məbləği 354 milyon 511 min 800 manatdır (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olmaqla 17 725 590 ədəd səhm).
Nominal qiymətindən əlavə səhmlərin təklif qiyməti elan ediləcəkdir. Səhmlərin bazar qiyməti isə ticarət zamanı formalaşacaqdır. Listinqdən sonra qiymət makroiqtisadi şərait, faiz dərəcələri, investor gözləntiləri və sektor riskləri səbəbindən dəyişkən ola bilər.
Yeni emissiya edilən səhmlər (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olan 932 926 ədəd səhm) daxil, Bankın bütün səhmləri adi, sənədsiz, adlı səhmlərdir. Bu səhmlər sahiblərinə Bankın idarə edilməsində iştirak etmək və gəlir (dividend) əldə etmək hüququ verir. Hər bir adi səhm sahibinə bərabər hüquqlar verir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarlar Bankın nizamnamə kapitalındakı paylarına mütənasib səsvermə hüququna malikdirlər.
Dividend Bankın xalis mənfəətinin səhmdarların malik olduqları səhmlərin sayına mütənasib olaraq bölüşdürülməsi üçün nəzərdə tutulan hissəsidir. Bank aşağıdakı hallarda dividend ödənişini təmin edir. Bankın dividend siyasəti səhmdar gəlirləri ilə kapital dayanıqlılığı arasında balans yaratmağa yönəldilmişdir. Bu səbəbdən dividend ödəniş əmsalının tənzimləyici kapital tələbləri, saxlanılmış mənfəət ehtiyacları və Bankın orta müddətli inkişaf məqsədləri nəzərə alınmaqla xalis mənfəətin təxminən 30–40% aralığında olması gözlənilir.
Satış qiymətinin açıqlanması qaydası
Səhmlərin təklif qiyməti abunə yazılışı müddətindən 5 iş günü əvvəl Emitentin internet səhifəsində və anderrayterlər tərəfindən elan ediləcəkdir.
Əsas anderrayter – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qiymətli kağızlar bazarında əsas və köməkçi investisiya xidmətləri göstərən, 04.08.2025-ci il tarixli, İSN/L-640/2016 nömrəli müddətsiz lisenziyaya malik peşəkar investisiya şirkətidir.
Anderrayter – “ABB-İnvest İnvestisiya Şirkəti” QSC qiymətli kağızlar bazarında əsas və köməkçi investisiya xidmətləri göstərən,18.09.2020-ci il tarixli, İŞ-05 nömrəli müddətsiz lisenziyaya malik peşəkar investisiya şirkətidir.
Anderrayter – “Unicapital İnvestisiya Şirkəti” ASC qiymətli kağızlar bazarında əsas və köməkçi investisiya xidmətləri göstərən,08.01.2016-cı il tarixli, İSN/L-30/2016 nömrəli müddətsiz lisenziyaya malik peşəkar investisiya şirkətidir.
Səhmlərə abunə yazılışı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən səhm emissiyasının dövlət qeydiyyatından sonra başlanğıc və bitmə tarixləri göstərilməklə elan ediləcək və abunə yazılışı müddəti 3 (üç) aydan artıq olmayacaqdır. Abunə yazılışının başlanğıc və bitmə tarixləri emitentin və əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin o cümlədən ABB-İnvest İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəsmi internet səhifələrində, həmçinin kütləvi informasiya vasitələrində elan ediləcəkdir. Bu elanlar edilməmişdən əvvəl abunə sifarişləri qəbul edilə bilməz. Abunə yazılışı müddəti başa çatdıqdan sonra təxminən 12 (on iki) iş günü ərzində səhmlər Bakı Fond Birjasının ticarət platformasında ticarətə başlayacaqdır. Yerləşdirmənin başlanğıc və bitmə tarixləri barədə məlumat “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən öz internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc ediləcəkdir.
Təklifin şərtləri
Abunə yazılışı Abunə yazılışının başlanğıc və bitmə tarixləri abunə yazılışının başlanmasından 5 (beş) iş günü əvvəl müəyyən ediləcək, elan olunacaq və dərc ediləcəkdir.
Səhmlərin yerləşdirilməsi
Abunə yazılışı başa çatdıqdan sonra səhmlərin yerləşdirilməsi 5 iş günü ərzində başlanacaq və yerləşdirmə müddəti başlanğıc tarixindən etibarən 7 iş günündən artıq olmayaraq tamamlanacaqdır. Ümumilikdə qiymətli kağızların yerləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçiriləcəkdir.
Səhmlərə abunə yazılışının qaydası
Abunə yazılışı rəqəmsal və fiziki xidmət üsulu (filiallar, xidmət nöqtələri və s.) vasitəsilə aparılacaqdır. Abunə yazılışının müddəti abunə yazılışının başlanmasından ən azı 5 (beş) iş günü əvvəl, həmçinin Anderrayterin və Birjanın rəsmi internet səhifələrində elan ediləcəkdir.
Abunə yazılışının minimum və maksimum məbləği
Abunə yazılışı üzrə minimum sifariş həcmi 1 səhm təşkil edir və maksimum say, məbləğ nəzərdə tutulmur.
Səhmlərin yerləşdirilməsi aşağıdakı bölgü ardıcıllığı üzrə həyata keçiriləcəkdir:
• 1-ci səviyyə: Pərakəndə İnvestorlar (≤ 20,000 AZN ):
Hər bir investor üzrə 20 000 AZN -ə qədər abunələr üzrə fərdi investorlara üstünlük veriləcəkdir. Bu kateqoriya çərçivəsində bölgü pərakəndə investorların geniş iştirakını və ədalətli münasibəti təmin etmək məqsədilə, tələb və tətbiq olunan tənzimləyici tələblər nəzərə alınmaqla həyata keçiriləcəkdir. Buna görə də investor 20,000 AZN -dən artıq abunə sifarişi təqdim etdikdə, həmin üstünlük məqsədi üçün yalnız 20 000 AZN -ə qədər olan hissə nəzərə alınacaqdır. Pərakəndə investorlar heç bir məhdudiyyət olmadan rezident və qeyrirezident şəxsləri əhatə edir.
2-ci səviyyə: Pərakəndə İnvestorlar (20,000 AZN -dən artıq):
Əgər 1-ci səviyyə üzrə yerləşdirilməyən səhmlər qalarsa (səhmlər tam şəkildə yerləşdirilməzsə), pərakəndə investorların 20,000 AZN məbləğindən yüksək olan sifarişləri yerləşdiriləcəkdir.
• 3-cü səviyyə: Digər investorlar:
Əgər səhmlər 1-ci və 2-ci səviyyə üzrə tam şəkildə yerləşdirilməzsə, qalıq hissədə digər investorların sifarişləri yerləşdiriləcəkdir.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib













.jpg)





