3 xanıma məxsus kredit təşkilatı rəqəmlərdə böyüyüb
“Premier Kredit BOKT” MMC 2016-cı ili 67 min 705 manat xalis mənfəət ilə başa vurub. “Marja” xəbər verir ki, 2015-ci illə müqayisədə təşkilatın xalis mənfəəti 26% azalıb. “Premier Kredit BOKT” 2015-ci ildə 91 min 805 manat xalis mənfəət əldə etmişdi.
Ötən il təşkilatın faiz gəlirləri 2015-ci illə müqayisədə təxminən 2 dəfə artaraq 521 min 435 manat təşkil edib (2015-də 260 min 970 manat olub). Eyni zamanda, təşkilat 22 min 970 manat dividend gəlirləri, 1 milyon 23 min 756 manat digər əməliyyat gəlirləri əldə edib.
“Premier Kredit BOKT”ın xərclər çıxıldıqdan sonra (ötən il əməliyyat xərcləri kəskin artıb) 75 min 704 manat vergidən öncəki mənfəəti qalıb. Bu məbləğdən də mənfəət vergisi ödənildikdən sonra təşkilat ili 67 min 705 manat xalis mənfəət ilə başa vurub.
31 Dekabr 2016-cı il tarixinə “Premier Kredit BOKT”ın aktivləri 5 milyon 208 min manat təşkil edib ki, bu da 2015-ci ilin sonu ilə müqayisədə 90% çoxdur. Aktivlərin artmasının səbəbi kreditlərin 2 milyon 468 min manatdan 5 milyon manata qalxmasıdır.
Keçən il “Premier Kredit BOKT”ın öhdəlikləri də kəskin artaraq 2 milyon 352 min manatdan 4 milyon 838 min manata çıxıb. Eyni zamanda maliyyə sektoru qarşısındakı öhdəlikləri 2 dəfə artaraq 600 min manatdan 1 milyon 200 min manata, digər öhdəlikləri isə 1 milyon 747 min manatdan 3 milyon 608 min manata yüksəlib.
Əlavə edək ki, “Premier Kredit BOKT” 2015-ci ildə istiqraz buraxılışı yolu ilə kapital bazarından 580 min dollar borc almışdır. Borcun faizi 13,5%-dir. Eyni zamanda “Premier Kredit BOKT” əsasən ABŞ Dollarında banklardan 6%-11,5% dərəcələri ilə kreditlər götürmüşdür. Ehtimal ki, 2016-cı ildə təşkilatın kredit portfelinin və öhdəliklərinin artmasının bir hissəsi Dolların Manat qarşısında bahalaşması ilə bağlıdır.
“Premier Kredit Bank Olmayan Kredit Təşkilatı” 2014-cü ildə təsis olunub. Cəmiyyətin təsisçiləri 3 fiziki şəxsdir (Mehdiyeva Şəhla Muxtar qızı (34%), Əzizova Validə İlham qızı (33%), Baxışalıyeva İlahə Ənvər qızı (33%). 2016-cı ildə BOKT-ın 5 işçisi olmuşdur.
“Premier Kredit BOKT”ın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır






















