"Neft qiymətləri 20-30 dollara düşə bilər" xəbərdarlığı
"Bank of America Merrill Lynch" Çinin İran nefti alması vəziyyətində neft qiymətlərində kəskin azalma olacağını nəzərdə tutur.
ABŞ-ın iri investisiya banklarından "Bank of America Merrill Lynch"a (BofA) görə, Çin ABŞ-ın son əlavə gömrük tarifi addımlarına cavab olaraq İrandan xam neft almağa qərar verərsə, neftin barelinin qiyməti 30 dollara qədər geriləyə bilər.
"Marja" xəbər verir ki, "Bank of America Merrill Lynch"ın Araşdırma departamenti Brent neft üzrə qiymət təxminini 60 dollarda qoruduqlarını, ancaq Çinin İrandan ola biləcək neft alışının qiymətlərdə enişə səbəb olacağını, bu ssenaridə qiymətin 20 - 30 dollara qədər enə biləcəyi xəbərdarlığını edib.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp, 300 milyard dollar dəyərindəki Çin məhsuluna 10% nisbətində əlavə gömrük vergisi açıqlamış, qərar neftin 8%-lik kəskin ucuzlaşmasına səbəb olmuşdu.
Analitiklər Çinin İrandan neft alışı da daxil ABŞ-a qarşı cavab verməsi vəziyyətində neftdə volatilliyin (qiymət dəyişkənliyinin) yenidən artacağına diqqət çəkirlər.
Neft qiymətləri bu gün də pisləşən vəziyyətlə düşməkdə davam edib. Brent neftin bareli 1.5% düşərək 60.94 dollara, ABŞ xam neftin bareli də 1.5% enişlə 54.81 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
42 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
43 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 51 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























