Palata: Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması faiz dərəcələrinə təsir etmir
2019-cu ilin ötən dövründə makroiqtisadi göstəricilərin qənaətbəxş olması, birrəqəmli inflyasiya mülayim monetar siyasət tədbirlərinin davam etməsinə təsir göstərən əsas faktorlardan olmuş, lakin uçot dərəcəsinin azalması meyli faiz dərəcələrinə demək olar ki, təsir göstərməmişdir”.
“Marja” xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Rəydə qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatlarına əsasən, baxılan dövrün əvvəlinə 9,75% olan uçot dərəcəsi dövr ərzində mərhələlərlə endirilmiş və 7,75% səviyyəsində müəyyənləşdirilmişdir.
“Ümumilikdə iqtisadi mühitin stabil olması mülayim monetar siyasətin davamını şərtləndirsə də, kreditlər üzrə orta faiz dərəcələri dəyişməmişdir. Cari ilin avqust ayında orta faiz dərəcəsi manatla verilmiş kreditlər üzrə 14,37%, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,84% qeydə alınmışdır. Məlumat üçün bildirək ki, milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi təxminən 3 ildir ki, artan tendensiyaya malikdir. Xarici valyutada təqdim olunan kreditlər üzrə orta faiz dərəcəsi 20 aya yaxındır ki, azalan trayektoriyaya malikdir. Bu isə xarici valyuta ilə olan kreditlərə tələbin azalması ilə izah oluna bilər.
Mərkəzi Bank tərəfindən kredit təşkilatlarına verilən yenidənmaliyyələşdirmə kreditlərinin cəmi kreditlərə nisbəti 3,6%-ə bərabərdir. Cari ilin avqust ayının sonuna Mərkəzi Bank tərəfindən cəmi 497,1 mln. manat həcmində yenidənmaliyyələşdirmə krediti təqdim olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9%, ilin əvvəli ilə müqayisədə isə 31,6% azalma deməkdir. Sözügedən kreditlərin həcmində artıq 30 aydan çox müddətdə illik qiymətləndirmədə davam edən azalma Mərkəzi Bankın emissiya xarakterli əməliyyatlarını dayandırması ilə izah olunur”.
Rəydə bildirilib ki, sterilizasiya əməliyyatlarından olan depozit hərraclarında faiz dəhlizi parametrlərinə edilən dəyişikliklərlə əlaqədar orta gəlirliliyin azalmasına baxmayaraq, tələb təklifi üstələməkdə davam etmişdir ki, bu da banklarda artıq likvidliyin mövcudluğu göstəricisi 27 olmaqla, iqtisadi aktivliyin təmin olunmasında bankların iştirakının aşağı olmasından xəbər verir.

“Göründüyü kimi, adekvat mülayim monetar siyasət tədbirləri həyata keçirilməyə davam etsə də, maliyyə bazarı tərəfindən bu tədbirlərə müvafiq reaksiya müşahidə olunmamışdır”.
Mərkəzi Bankın cari ilin avqust ayı üzrə məlumatında biznes sektoruna ayrılan kreditlərin 6 ayın sonunda ilin əvvəli ilə müqayisədə 0,3% azalmasının, istehlak kreditlərinin isə getdikcə artmasının, nəticədə əhalinin borcla yüklənməsinin gələcəkdə problemlərə səbəb ola biləcəyini vurğulamışdır.
Cəmi kreditlər illik müqayisədə 12,7% artmaqla, avqust ayının sonuna 13 milyard 865,5 milyon manata bərabər olmuşdur. Kreditlərin sahələr üzrə strukturuna əsasən, baxılan dövrün sonuna istehlak kreditləri cəmi kredit portfelinin təxminən yarısını, 43,9%-ni təşkil etməklə, ilin əvvəli ilə müqayisədə 14,5%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 22,4% artmış və cəmi kredit həcmi üzrə artım, əsasən bu kreditlərin hesabına formalaşmışdır.
“Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi ötən ilki göstərici ilə müqayisədə 3,6 faiz bəndi azalaraq, 10,8% təşkil etmiş, problemli kreditlərin həcmində illik müqayisədə azalma 15,9% təşkil etmişdir. Aprel ayından başlayan ikirəqəmli azalmanın səbəbi problemli kreditlərin həll olunması məqsədilə əhaliyə kompensasiyaların verilməsini özündə ehtiva edir. Təəccüblü deyil ki, xarici valyutada kreditlər üzrə vaxtı keçmiş kreditlər milli valyutada olan problemli kreditlərlə müqayisədə daha sürətli azalma nümayiş etdirir. Baxılan dövrün sonuna xarici valyutada vaxtı keçmiş kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6%, manatla vaxtı keçmiş kreditlər 10,7% azalmışdır”,- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 2 d. əvvəl
- 9 d. əvvəl
-
10 d. əvvəl
Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır
-
31 d. əvvəl
Ceki Çanın Bakıdakı film çəkilişlərinin tibbi tərəfdaşı "Mərcan Hospital" olub ®
-
1 saat əvvəl
Azərbaycan bankları 7 aya 859 milyon manat xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P: Azərbaycan Biznesinin İnkişafı Fondunun kapital və mənfəəti “çox güclü”dür
-
1 saat əvvəl
Hyundai 100-dən çox yeni və yenilənmiş modeli bazara çıxaracaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
Azərbaycan bankları 7 aya 859 milyon manat xalis mənfəət əldə edib
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Ən çox oxunanlar
Hyundai 100-dən çox yeni və yenilənmiş modeli bazara çıxaracaq
Dənizkənarı Bulvar İdarəsinin gəlirləri artıb – 15% daha çox olmaqla 3,7 milyon manat xalis mənfəət açıqladı
Misin qiyməti tarixi maksimuma yaxınlaşıb
Azərbaycan neftinin son qiyməti
Hörmüz boğazı ilə bağlı ümidverici xəbər gəldi — Brent nefti 87 dollardan aşağı düşdü
Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb
LC Waikiki — yeni dərs ilində ailələrin yanında ®























