İraq neft bazarında sabitliyi təmin edəcək hər cür razılaşmanı dəstəkləyir
İraq neft bazarında sabitliyi təmin edəcək hər cür razılaşmanı dəstəkləyir.
Bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asım Cihad deyib. O bildirib ki, ölkəsi Çində yayılan koronavirusun qlobal neft tələbatına təsirini yaxından izləyir.
İraqın neft bazarında sabitliyi təmin edəcək hər cür razılaşmanı dəstəklədiyini deyən A.Cihad OPEC və müttəfiqlərinin neft bazarında tələb-təklif tarazlığının təmin olunması üçün çalışacağını vurğulayıb.
O, “OPEC+”un neft tədarükü çatışmazlığını dərinləşdirmək və ya planlaşdırıldığından daha əvvəl toplanması ilə bağlı hər hansı bir qərarının dünən başlayan Birgə Texniki Komitənin tövsiyələri əsasında verəcəyini bildirib.
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsinin mütəxəssisləri koronavirusun neft tələbatına təsirini nəzərdən keçirir. Dünən Vyanada toplaşan mütəxəssislər koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə edib, məsləhətləşmələr bu gün də davam edəcək. OPEC mənbələrinə görə, Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq verərsə, komitə “OPEC+” iclasının daha tez keçirilməsini tövsiyə edə bilər.
OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.
Qeyd edək ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.
2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 saat əvvəl
Türkiyədə "carry trade" mövqeləri rekord 65,3 milyard dollara çatıb
-
5 saat əvvəl
Qara dənizdə artan gərginlik buğdanın qiymətini son 3 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nvidia AI imperiyasını böyüdür – Hugging Face üçün 12,9 milyard dollar ödəyəcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Qara dənizdə artan gərginlik buğdanın qiymətini son 3 ilin ən yüksək səviyyəsinə qaldırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda 2-ci “Bambi Yatak” mağazası açılıb ®
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! ®
Neft Hörmüz boğazının açılması ümidi ilə ucuzlaşmaqda davam edir






















