Koronavirus Çin iqtisadiyyatını çökdürür
Çində koronavirusun yeni ştammının (COVID-2019) yayılması artıq ölkə iqtisadiyyatına öz təsirini göstərməyə başlayıb. Belə ki, 2020-ci ilin birinci rübündə dünya iqtisadiyyatında ikinci yerdə qərarlaşan Çinin demək olar ki, itkisi 1 trilyon yuan (143.1 milyard dollar) təşkil edəcək.
“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə “Tayhe” analitik mərkəzinin tədqiqatçısı Cjan Çzyajuy bildirib.
Onun sözlərinə görə, hazırda iaşə sektoru, turizm və pərakəndə satış sahələri ziyana işləyir:
“Ölkə rəhbərliyi davamlı olaraq epidemiyanın iqtisadiyyata təsirinin müvəqqəti və qısamüddətli olduğunu bəyan edir, virusun qarşısı alındıqdan sonra həm istehlakçı tələbatın artacağını, həm də iqtisadi inkişafın sürətlənəcəyini vəd edir. Lakin, koronavirus xəstəliyi bir sıra müəssisələrin iflasına səbəb ola bilər”.
Ekspert bildirib ki, hökumət xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra ciddi və qabaqlayıcı tədbirlər gördü: “Məsələn, Hubey əyalətində yerləşən Vuhan şəhəri daxil olmaqla bir neçə şəhərdə, Yeni il tətili üçün nəzərdə tutulan istirahət günlərinin sayını çoxaltdı, tədbirlərin keçirilməsinə qadağa qoydu və ölkə daxilindəki səyahətlərin sayını azaltmaq üçün hava və qatar biletlərinin pulsuz olaraq geri qaytarılmasını təmin etdi.
Bu tədbirlər epidemiyanın yayılmasının qarşısını almaq üçün həqiqətən zəruri idi, lakin bu obyektiv olaraq onlar Çinin makro və mikroiqtisadiyyatına da əhəmiyyətli dərəcədə təsir göstərdi”.
Cjan Çzyajuy bildirib ki, virusun ilk zərbəsinə iaşə və otel sənayesi tuş gəldi: “2019-cu ilin ilk rübündə onların gəliri 423.49 milyard yuan təşkil etmişdi və 2020-ci ilin birinci rübündə epidemiya bu iki sənayeyə ağır zərbə vuracaq. Qida xidməti sənayesinin bəzi iştirakçıları qida təchizatı xidmətləri sayəsində az gəlir əldə etsələr də, bu okeanda bir damcı deməkdir”.
O, əlavə edib ki, turizm sənayesi əsas ziyan görən sahələrdən biridir: “2019-cu ilin birinci rübündə bu sahənin yalnız Yeni il tətillərində qazancı təxminən 500 milyard dollar təşkil etdiyi halda bu il demək olar ki, heç bir qazancları olmayıb. Şübhəsiz ki, bu vəziyyət pərakəndə satışa da təsir göstərib. Lakin, onlayn satış sayəsində pərakəndə ticarətin zərərini müəyyən qədər kompensasiya etmək mümkün oldu”.
© "Report"
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 3 d. əvvəl
- 19 d. əvvəl
-
21 d. əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
45 d. əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
-
51 d. əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 57 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Ən çox oxunanlar
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Azərbaycanda yaşayış minimumu 14 manat artırılır
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















