AGBank “qan” itirməkdə davam edir
2016-cı ilin yekunları üzrə 35 milyon 630 min manat zərər açıqlamış “AGBank” ASC, 2017-ci ilin 1-ci rübünü 1 milyon 807 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2016-cı ilin 1-ci rübündə 6 milyon 628 min manat zərər etmişdi. Beləliklə, rüblük müqayisədə Bankın zərəri 3,7 dəfə azalıb.
GƏLİRLƏRİ 2 DƏFƏYƏ YAXIN AZALIB
“Marja” Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə bankın ümumi gəlirləri 13 milyon 484 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 477 min manat, qeyri-faiz gəlirləri 7 milyon 7 min manat təşkil edib. Diqqəti cəlb edən, “AGBank”ın qeyri-faiz gəlirlərinin faiz gəlirlərindən çox olmasıdır.
Birinci rübdə Bank 13 milyon 484 min manat gəliri əldə etmək üçün 14 milyon 873 min manat xərc çəkib. Nəticədə Bankın 1 milyon 389 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 343,55 min manatın ayırılması Bankın zərərini daha da artırıb. AGBank 2016-cı ilin birinci rübündə ehtiyatlara 4 milyon 182 min manat, ötən il ərzində isə 36 milyon 970 min manat ayırmışdı. Ayırmaların azalması itmək ehtimalı yüksək olan kredit və depozitlərin artım tempinin azaldığına işarədir.
Qeyd edək ki, 2016-cı ilin 1-ci rübündə “AGBank”ın cəmi gəlirləri 26 milyon 47 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 897 min manat, qeyri-faiz gəlirləri 13 milyon 150 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə Bankın cəmi gəlirləri 1,9 dəfə azalıb.
AKTİVLƏR VƏ KAPİTALI AZALIB
31 Mart 2017-ci il tarixində “AGBank” 505 milyon 752 min manat cəmi aktivlərə, 453 milyon 513 min manat cəmi öhdəliklərə, 52 milyon 238 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 520 milyon 3 min manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik idi.
KREDİTLƏRİN YARIYA YAXINI PROBLEMLİDİR
31 Mart 2017-ci il tarixinə olan məlumata görə, müştərilərə verilmiş 287 milyon 537 min manatın 140 milyon 249,4 min manatının və 48,7%-nin ödəmə vaxtı keçib.
Bir müddət əvvəl, "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov, "İlin sonuna qədər zərər mənfəətlə əvəz oluna bilər. Aktivlərdə ciddi artım gözləmirik”, deyə mətbuata bildirmişdi.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ən çox oxunanlar
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır


























