"S&P"ə görə Azərbaycannın bank sektorunun zəif tərəfləri
"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun sahə və ölkə risklərini təhlil edib və qiymətləndirib.
Məlumata görə, dövlətin büdcə vəsaitlərinin idarə olunması da daxil olmaqla makroiqtisadi sabitliyin təmin olunmasına fokuslanacağı gözlənilir. Eyni zamanda, maliyyə sistemi nisbətən zəif olaraq qalır və hələ də bank sektoruna güclü təsir göstərən düzəliş mərhələsindədir.
Agentlik Azərbaycanın bank sektorunda sahə riskinin inkişaf tendensiyasını sabit kimi qiymətləndirir.
“Biz bank sektorunun strukturunun dəyişməz qalacağını və aktivlərin yüksək konsentrasiyasını gözləyirik. Bank sisteminin əsas müştərilərin baza depozitlərinin nisbətən yüksək səviyyəsi ilə fərqləndiyinə və xarici maliyyələşdirilmə mənbələrindən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, son illərdə manatın kəskin devalvasiyası xarici valyutada maliyyələşdirilmə payının bank müştərilərinin vəsaitlərinin 60%-ni üstələməsinə görə bankların valyuta aktivlərinin və öhdəliklərinin həcminin uzunmüddətli qeyri-balansızlılığa gətirib çıxarıb”, - "S&P"nin məlumatında deyilir.
"S&P"ə görə bank sektoru üzrə əsas faktlar
Güclü tərəflər:
- iqtisadi dövriyyənin mövcud və potensial mənfi təsirlərinin risklərini qismən yumşaldan, böyük həcmdə olan dövlət xarici aktivləri və nisbətən aşağı borcun mövcudluğu;
- beynəlxalq müqayisədə orta səviyyədə olan özəl sektorun borcu və xarici maliyyələşdirilmə mənbələrindən əhəmiyyətli dərəcədə asılılığın olması.
Zəif tərəflər:
- aşağı neft qiymətləri və COVID-19 pandemiyası fonunda artan iqtisadi risklər;
- yerli valyutanın ucuzlaşmasından sonra müştəri depozitlərinin yüksək dollarazasiyası, bank sektorundakı valyuta və kredit risklərini artırması.
- beynəlxalq müqayisədə zəif idarəetmə və şəffaflıq.
APA
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 5 d. əvvəl
- 21 d. əvvəl
-
23 d. əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
47 d. əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
-
53 d. əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 59 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Ən çox oxunanlar
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Azərbaycanda yaşayış minimumu 14 manat artırılır
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















