“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti artıb – BANKIN VƏZİYYƏTİ MƏLUM OLDU

“Ziraat Bank Azərbaycan” ASC 2020-ci ilin 9 ayın 1 milyon 940 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar - sentyabr dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 17 milyon 342 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 867 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 475 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 2 milyon 243 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 303 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Ziraat Bank Azərbaycan” ASC 2020-ci ilin 9 ayını 1 milyon 940 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar - sentyabr dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 15 milyon 779 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 840 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 939 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 844 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış və 86 min manat mənfəət vergisi ödəmişdi. Nəticədə “Ziraat Bank Azərbaycan” həmin dövrü 3 milyon 8 min manat xalis mənfəət ilə bağlamışdı.
QEYRİ-FAİZ GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Ziraat Bank Azərbaycan”da ötən ilin 9 ayında 13 milyon 18 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ilin 9 ayında 12 milyon 805 min manat, ötən ilin 9 ayında 2 milyon 761 min manat təşkil etmiş qeyri- faiz gəlirləri isə cari ilin 9 ayında 4 milyon 537 min manat təşkil edib.
Qeyri-faiz gələrinin 1,6 dəfə artması ilə əlaqədar olaraq “Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti 13% artaraq 3 milyon 939 min manatdan 4 milyon 475 min manata yüksəlib. Xalis mənfəətin azalması isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayımanın və mənfəət vergisinin artması ilə əlaqədardır.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 280 milyon 487 min manat cəmi aktivlərə malik olub, aktivlərin 149 milyon 201 min manatının müştərilərə verilən kreditlər təşlkil edib.
2019-cu ilin sonunda “Ziraat Bank Azərbaycan”ın cəmi aktivlər 253 milyon 491 min manat, müştərilərə verilən kreditlər isə 145 milyon 434 min manat təşkil etmişdi. Beləliklə, 2020-ci ilin 9 ayı ərzində “Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 26 milyon 996 min manat və ya 10,6%, müştərilərə verilən kreditlər isə 3 milyon 767 min manata və ya 2,6% artıb.
Ötən ilin sonu ilə müqayisədə “Ziraat Bank Azərbaycan”da depozitlət 57,8% artaraq 135 milyon 159 min manata çatıb. 31 Dekabr 2019-cu il tarixində “Ziraat Bank Azərbaycan”da depozitlər 85 milyon 641 min manat təşkil etmişdi.
30 Sentyabr 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 69 milyon 968 min manat məcmu kapitala malik olub. Ötən ilin sonu ilə müqayisədə Bankın məvmu kapitalı 2 milyon 122 min manat və ya 3,1% artıb.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları “T.C.Ziraat Bankası Anonim Şirkəti” (99.98%), “Ziraat Sigorta Anonim Şirkəti” (0.01%) və “Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti”dir (0.01%).
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
