Bank VTB (Azərbaycan)-dan "Hacı İbrahim" açıqlaması
“Bank VTB (Azərbaycan) tərəfindən girovda olan “Rolls Royce” markalı avtomobilin hərraca çıxarılması barədə yayılan məlumat həqiqətə uyğun deyil”.
Bu barədə “Marja”ya Bank VTB (Azərbaycan)-dan bildirilib.
“Bu məlumatlarda adı çəkilən İbrahim İbrahimov və Həsən İbrahim oğlu İbrahimov bank VTB (Azərbaycan)-dan kredit götürməyib və heç vaxt bankın müştərisi olmayıb”,- Bankın məlumatında deyilir.
Qeyd edək ki, yerli mətbuatda yayılan xəbərə görə, ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri, nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş.
Guya İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına “VTB Bank”dan kreditlə götürüb. Avtomobili almaq üçün 900 min dollar “VTB Bank”dan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ən çox oxunanlar
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır























