Azər Türk Bank: "Yayılmış məlumat əsassızdır"
"Dövlət bankı Azər Türk Bank haqqında bəzi saytlarda həqiqətə uyğun olmayan, tamamilə əsassız neqativ informasiya tirajlanaraq verilmişdir. Əlbəttə ki, belə arzuolunmaz cəhdlər Bankın səmərəli fəaliyyətinə kölgə sala bilməz".
Marja xəbər verir ki, bu Bankın yaydığı açıqlamada deyilir.
"Məlumdur ki, ötən il dünya miqyasında başlayan təbəddülatlar ölkəmizdən də yan keçməmiş, bununla əlaqədar olaraq, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlığının təmin edilməsi məqsədi ilə respublikada mühüm işlər görülmüş və davam etdirilir.
Fərəhlə qeyd edə bilərik ki, Azər Türk Bankın kollektivi hər zaman olduğu kimi ötən il ərzində dəəzmlə çalışmış və çox da rəvan olmayan 2020-ci ili bir çox sahələr üzrə uğurla başa vurmuş, Banka mənfəət qazandırmışdır.
1 yanvar 2021-ci il tarixinə Bankın məcmu kapitalının adekvatlığı 31%, leverec əmsalı 13% təşkil etmişdir ki, bu da müəyyən edilmiş normalardan 3 dəfəyə qədər yüksəkdir.
Həmin tarixə Bankın likvidlik mövqeyi stabil və güclüdür. Əsas likvidlik əmsalları—ani likvidlik 89% (norma 30%-dir), cari likvidlik 119% (norma 50%-dir), Bazel komitəsinin LCR əmsalı (Likvidliyin örtülmə əmsalı) – 256% (bazel standartı 100%-dir) təşkil etmişdir.
Bütün bunlara görə, 2020-ci ildə Bankın müştərilərinin sayı 45% artaraq, 95 915 nəfər olmuşdur.
Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində 2020-ci ildə də fəal iş aparmışdır.
Buna misal olaraq Bankın ötən il müştərilərin istifadəsinə verdiyi “Rəqəmsal” adlı yeni filialını göstərə bilərik. Bu filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.
Bankın “Mərkəz” və “Bakı” filialları Azər Türk Bankın yeni konsepsiyasına uyğun qurulmuş, müasir bankçılığın standartlarına tam cavab verən məkanlarda tezliklə fəaliyyətlərini davam etdirəcəklər. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.
Görülən tədbirlər sırasında növbəti addım iki yeni xidmət strukturunun - şəhərin mərkəz hissəsində və metronun “20 yanvar” stansiyası yaxınlığında yeni, modern filialların istifadəyə verilməsi olacaqdır. Üstün xidmət səviyyəsi təqdim olunacaq bu filiallarda müştərilərə geniş bank xidmətləri göstəriləcəkdir.
“Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi dövlətə məxsusdur və Bank dövlət əhəmiyyətli layihələrin ərsəyə gəlməsində fəal iştirak edir",- açıqlamada bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 44 d. əvvəl
-
- 56 d. əvvəl
- 2 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















