Rusiya bankı Türkiyədə atom stansiyasının inşasına 800 milyon dollar kredit ayırdı
Rusiya bankı Sberbank, Türkiyənin Rusiya ilə ortaq Akkuyu atom elektrik stansiyasının inşaatına 800 milyon dollarlıq kredit təmin edəcək.Sberbank, Akkuyu atom elektrik stansiyasının tikintisinin bir hissəsini maliyyələşdirəcək.
Marja "Sberbank"ın yaydığı açıqlamaya istinadən xəbər verir ki, Akkuyudakı atom stansiyasındakı dörd modulun inşası üçün 7 illik 800 milyon dollarlıq kredit ayrılacaq. Kredit "Rosatom" Dövlət Korporasiyasına veriləcək.
Mersində Akkuyuda qurulacaq stansiyanın cəmi xərcinin 20 milyard dollar olacağı nəzərdə tutulur. Layihənin 10 milyard dollarlıq maşın, avadanlıq və inşaat qisiminin Türkiyə şirkətləri tərəfindən qarşılanması planlaşdırılır.
2 Aprel 2018-ci il tarixində Türkiyə Atom Enerjisi Təşkilatı (TAEK) stansiyaya 1-ci güc modulu üçün inşaat lisenziyası verib.
3 Aprel 2018-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Akkuyu NGS-in 1-ci güc modulunun təməlqoyma mərasimi keçirilib. Mərasim ilə, stansiyadakı 1-ci güc modulunun inşaatı rəsmi olaraq başlamışdr.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
Azərbaycan şirkəti Bestcomp Group Vankuverdə CISCO-nun regional mükafatını qazanan iki şirkətdən biri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
6 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Şəhər Statistika İdarəsinin rəisi və müavinləri vəzifəsindən azad ediliblər
-
1 saat əvvəl
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib ®
-
1 saat əvvəl
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Ən çox oxunanlar
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
Azərbaycan şirkəti Bestcomp Group Vankuverdə CISCO-nun regional mükafatını qazanan iki şirkətdən biri oldu
Sea Breeze-də yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq























