Türkiyənin neft idxalı azalıb
Türkiyənin cəmi neft idxalı sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4% azalaraq 3 milyon 983 min 275 ton olub.
Marja Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun sentyabr ayı üçün "Neft Bazarı Sektoru Hesabatı"na istinadən xəbər verir ki, Türkiyənin ümumi yanacaq idxalında mühüm yer tutan xam neft idxalı 16,6% azalaraq 2 milyon 843 min 451 tona düşüb.
Bu dövr ərzində dizel növləri üzrə idxal 5,2% artaraq 946 min 200 tona çatıb. İdxalın qalan hissəsini aviasiya və gəmiçilik yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.
Ən çox xam neft və neft məhsulları idxalı 1 milyon 75 min ton olmaqla İraqdan həyata keçirilib. İraqın ardınca 823 min 258 ton ilə Rusiya və 375 min 194 ton ilə Norveç gəlir.
Digər tərəfdən, benzin satışı sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,1% artaraq 297 min 978 tona, dizel satışı isə 0,9% azalaraq 2 milyon 427 min 13 tona çatıb. Ümumi neft məhsullarının satışı isə 1,2% artımla 2 milyon 849 min 60 ton olub.
NEFT MƏHSULLARININ İXRACI 11,3% ARTIB
Keçən il yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən aviasiya yanacağının ixracında ciddi problemlər yaşansa da, artıq bu sahədə ixrac yenidən bərpa olunmağa başlayıb. Aviasiya yanacağı ixracatı sentyabr ayında 17,8% artaraq 226 min 143 tona yüksəlib.
Sözügedən dövrdə gəmi yanacaqlarının ixracı 136,4% artaraq 82 min 50 tona çatıb. Benzin növlərinin ixracı 31,2% azalaraq 125 min 515 ton, dizel növlərinin ixracı isə 11,5% azalaraq 177 min 761 ton olub.
Neft bazarında digər məhsullarla birlikdə ümumi ixrac 11,3% artaraq 746 min 156 tona çatıb.
NEFT MƏHSULLARI İSTEHSALI 6,4% ARTIB
Sentyabrda dizel növünün istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 2,5% artaraq 1 milyon 520 min 636 ton, benzin növlərinin istehsalı 14,4% artaraq 438 min 963 ton, aviasiya yanacağının istehsalı 36,7% artaraq 305 min 153 tona çatıb.
Gəmi yanacağı istehsalı isə 150,3% artımla 126 min 193 ton olub.
Neft emalı zavodlarının ümumi neft məhsullarının digər yanacaq növləri ilə birlikdə istehsalı 6,4% artaraq 3 milyon 216 min 485 tona çatıb.
Bu dövrdə neft məhsullarının satışının məhdud artımı və istehsalın artması idxalı məhdudlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
30 d. əvvəl
“Bambi Yatak” mağazalar şəbəkəsinin Azərbaycandakı ikinci filialının rəsmi açılışı keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! ®
-
2 saat əvvəl
Nvidia-nın səhmləri 7% bahalaşıb – Süni intellekt bumuna inam yenidən güclənib
-
3 saat əvvəl
Neft Hörmüz boğazının açılması ümidi ilə ucuzlaşmaqda davam edir
-
3 saat əvvəl
Dövlət 7%-lə 200 milyon manat borclanır – yeni istiqraz hərracı keçiriləcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Neft Hörmüz boğazının açılması ümidi ilə ucuzlaşmaqda davam edir
Ən çox oxunanlar
Avqustun 28-də gözlənilən hava şəraiti
Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib


























