“AccessBank”ın faiz gəlirləri 100 milyon manatı aşıb
“AccessBank” QSC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “AccessBank” 2021-ci ili 1 milyon 106 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 2 milyon 621 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “AccessBank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 57,8% və ya 1 milyon 515 min manat azalıb. Xalis mənfəətin azalması xərclərin artması və ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin azad olmaması, əksinə, ehtiyata ayırma edilməsilə əlaqədardır. Ötən il “AccessBank” böyüyüb, müştərilərə verilən kreditlər və gəlirləri artıb.
“AccessBank”ın faiz gəlirləri 2021-ci ildə 101 milyon 53 min manat (2020-ci ildə 94 milyon 227 min manat), qeyri-faiz gəlirləri 10 milyon 909 min manat (2020-ci ildə 9 milyon 543 min manat) təşkil edib.
2021-ci ildə “AccessBank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 111 milyon 962 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 7,9 % (və ya 8 milyon 192 min manat) çoxdur. 2020-ci ildə “AccessBank”ın cəmi əməliyyat gəlirləri 103 milyon 770 min manat təşkil etmişdi.
2021-ci ildə “AccessBank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 110 milyon 698 manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 8,8 % (və ya 8 milyon 942 min manat) çoxdur. 2020-ci ildə “AccessBank”ın cəmi əməliyyat xərcləri 101 milyon 756 min manat təşkil etmişdi.
Ötən il xərcləri gəlirlərini üstələdiyində “AccessBank”ın 1 milyon 264 min manat əməliyyat mənfəəti yaranıb (2020-ci ildə 2 milyon 14 min manat). Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 158 min manat ayırdığından illi 1 milyon 106 min manat xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, 2020-ci ildə ehtiyatdan azad olmuş 607 min manat hesabına Bankın mənfəəti 2 milyon 621 min manata yüksəlmişdi.
AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIR
“AccessBank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 8,9% və ya 76 milyon 296 min manat artaraq 932 milyon 150 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 855 milyon 854 min manat cəmi aktivlərə malik idi.
“AccessBank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 25,8% və ya 129 milyon 894 min manat artaraq 632 milyon 476 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 502 milyon 582 min manata çatmışdı.
“AccessBank”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 9,9% və ya 62 milyon 267 min manat artaraq 689 milyon 828 min manat qalxıb. Bank 2020-ci ilin sonunda 627 milyon 561 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI 80 MİLYON MANATA YAXINDIR
31 dekabr 2021-ci il tarixində “AccessBank” 79 milyon 666 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 79 milyon 203 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















