Tesla-dan rekord xalis mənfəət
Tesla 2021-ci ilin dördüncü rübü üzrə balans hesabatını açıqlayıb. ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın xalis mənfəəti 2021-ci ildə rekord səviyyəyə - 5,5 milyard dollara çatıb.
Marja xəbər verir ki, şirkətin keçən ilin dördüncü rübündə xalis mənfəəti əvvəlki ilin eyni dövrünə görə 760% artaraq 2,3 milyard dollara çatıb. Tesla-nın xalis mənfəəti 2020-ci ilin dördüncü rübündə 270 milyon dollar olaraq açıqlanmışdı.
Şirkətin 2021-ci il ərzində mənfəəti əvvəlki illə müqayisədə 665 faiz artaraq rekord səviyyəyə – 5,5 milyard dollara çatıb.
Tesla-nın ötən ilin dördüncü rübündəki gəliri də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 65 faiz artaraq 17,7 milyard dollara yüksəlib. 2020-ci ilin eyni dövründə şirkətin gəliri 10,7 milyard dollar olmuşdu.
Ötən il elektrik avtomobil istehsalçısının cəmi gəliri 71 faiz artaraq 53,8 milyard dollar təşkil edib.
Tesla-nın 2020-ci ilin dördüncü rübündə 0,24 dollar olan səhm başına qazancı keçən ilin dördüncü rübündə 2,05 dollar olub.
ABŞ avtomobil istehsalçısı 2021-ci ildə dünya üzrə 936 miln ədəddən çox avtomobil tədarük edib.
Açıqlamada şirkət, Covid-19 epidemiyasının səbəb olduğu tədarük zəncirindəki problemlərin bu il ərzində istehsalı məhdudlaşdırmağa davam edəcəyi barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 3 d. əvvəl
- 12 d. əvvəl
- 14 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
-
1 saat əvvəl
Avropa İttifaqından Ukraynaya 4,9 milyard avroluq hərbi dəstək qərarı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azərsu”da yüksək vəzifələrdə işləmiş sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib - 3 milyon mənimsəmədə ittiham olunur
Rəsmi məzənnələr açıqlandı
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Ən çox oxunanlar
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı
Azərbaycan quş əti ixracını 25,6% artırıb
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir

























