Mərkəzi Bank: “Bank sektorunun ümumi likvid aktivlərin həcmi 14 milyard manat ətrafındadır”
Azərbaycanın bank sektorunun ümumi likvid aktivləri 14 milyard manat ətrafındadır, bu da ümumi normativləri iki dəfədən çox üstələyir.
Bunu Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev deyib.
Onun sözlərinə görə, son zamanlar ümumiyyətlə bank sektorunda sabit inkişaf tempi müşahidə olunur: "İzafi likvid vəsaitlərin olması isə banklara həm biznes, həm də istehlak kreditləşməsinə imkan yaradır.
Faiz dərəcəsinə gəldikdə, son trendlərə nəzər yetirsək, görərik ki, son iki ildə həm istehlak, həm də biznes kreditləri üzrə faiz dərəcələri azalıb. Biznes kreditlərində hazırda faiz dərəcəsi 10-12 % civarındadır. İstehlak kreditlərində isə son iki ildə orta faiz dərəcəsi 23 %-dən 20 %-ə enib. Bununla bağlı statistika Mərkəzi Bankda rüblük əsasda açıqlanır".
F. İsayev vurğulayıb ki, izafi likvidlik dövlət ipotekaları ilə yanaşı, daxili ipotekaların inkişafına da şərait yaradır: "Bəzi banklarda hazırda bankların daxili imkanları çərçivəsində illik 8-10 %-lik uzunmüddətli ipoteka kreditləri verilir”.
Departament direktoru xatırladıb ki, “Banklar haqqında” Qanuna görə, banklar tərəfindən kredit faiz dərəcələrinin təyin edilməsi sərbəstdir.
Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. Bankların aktivlərinin 15 milyard 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,15 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 40,3 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4 % artaraq 33 milyard 492,9 milyon manata, o cümlədən depozit portfeli 30 % artaraq 26 milyard 938,3 milyon manata çatıb. Bunun 9 milyard 032,4 milyon manatı fiziki, 17 milyard 905,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,2 % artıb.
Azərbaycanda 26 bank fəaliyyət göstərir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 saat əvvəl
Meta-ya 16,7 milyard dollarlıq zərbə – Facebook və Instagram dəyişəcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı
-
5 saat əvvəl
Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Lizinq şirkəti yarım ildə 510 min manat qazanıb
Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Ekolizinq”də 99%-lik pay əl dəyişdirib
10 yeni biznes “Startap” şəhadətnaməsi aldı - ADLARI
15 milyon manatlıq istiqrazlara 60,7 milyon manatlıq tələb - “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq
Banklarda 40 milyard manatdan çox depozit toplanıb
Əlindəki qızılın dəyərini bilirik! ®
Əhalinin banklara borcu artır: İstehlak kreditləri 10 milyard manatı keçib - Bir ildə 1 milyard manat artım






















