ABŞ martda neft hasilatını artıracaq - PROQNOZ
ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin mart ayında ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) verdiyi məlumata görə, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 109 min barel və ya 1,3% artaraq 8,707 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.
Xatırladaq ki, EIA-in proqnozuna əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 12,6 mln. barel olacağı ehtimal olunur. Cari il ABŞ da gündəlik neft hasilatının 11,97 mln. barel olacağı gözlənilir.
Ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 d. əvvəl
Avropa İttifaqından Ukraynaya 4,9 milyard avroluq hərbi dəstək qərarı
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
16 d. əvvəl
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
-
22 d. əvvəl
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir
-
36 d. əvvəl
Daşınmaz əmlakın icbari sığortası — haqlar 17,3%, ödənişlər 54,2% azalıb
- 39 d. əvvəl
-
13 saat əvvəl
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir
Ən çox oxunanlar
“PAŞA Kapital” III İslam Maliyyə Forumunda iştirak edib
Qlobal bankdan xəbərdarlıq: Dünya bazarında yanacaq qıtlığı 2027-ci ildə də davam edə bilər
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb


























