MDB-yə aid olan ölkələrin istiqraz bazarının analizi və Rusiya ilə bağlı risklər barədə
Marja.az “Unicapital İnvestisiya Şirkəti” ASC-nin “Araşdırmalar və investisiya məsləhəti şöbəsi”nin müdiri Seymur İbadovun MDB-yə aid olan ölkələrin istiqraz bazarının analizi və Rusiya ilə bağlı risklər barədə maraqlı araşdırmasını təqdim edir.
“Rusiya ilə bağlı yaranmış vəziyyətin maliyyə bazarlarına təsiri nə ola bilər?” sualı aktual olaraq qalır. Bu məqsədlə təqdim etdiyimiz analiz iki istiqamətdə aparılıb. İlk olaraq, MDB regionunu əhatə edən dövlətlərin istiqraz bazarını ümumi olaraq analiz olunub. İlk analiz bizə bu regionda olan maliyyə bazarlarının inkişaf səviyyəsi haqqında təsəvvür yaratmış olacaq və hansı dövlətin daha aparıcı mövqedə qərarlaşdığını göstərəcək.
MDB-yə daxil olan ölkələrin ümumi istiqrazlarının həcmi dollar ekvivalentində 735,9 milyard ABŞ dollar, sayca 3995 ədəd olmaqla, müxtəlif valyutalarda buraxılmış istiqrazlardan ibarətdir. Aşağıda bu region üzrə buraxılmış 3995 ədəd iqtiqrazın sayca hansı valyutalar arsında bölünməsi göstərilib. Görmək olur ki, sayca buraxılan istiqrazların 57% Rusiya rublda, 12%-i ABŞ dollarında, 9 faizi Qazaxıstan təngəsində, 4%-i Ukrayna qrivnasında, 4% manatda, 2% avroda və digər valyutalarda olan istiqrazların payına düşür.

Aşağıdakı qrafikdə isə ümumi həcmi 735,9 milyard ABŞ dolları ekvivalentində olan istiqrazların həcmcə valyutalar arasında bölgüsü verilib. Görmək olur ki, bu region üzrə buraxılmış istiqrazların həcmcə 53% -i Rusiya rublunun, 29%-i ABŞ dollarının, 6% Qazaxstan təngəsinin, 4% Ukrayna qrivnasının, 4 faiz avro və digər valyutaların payına düşür.

Bir sözlə regionda kimin dominant olması bu 2 bölgüdən aydın gözə çarpır. Belə ki, istiqraz bazarları üçün 1-ci yerdə Rusiya, 2-ci yerdə Qazaxstan, 3-cü yerdə isə Ukrayna qərarlaşıb. Belə ki, həcmcə bu 3 valyutada buraxılan istiqrazların ümümi payı 63% təşkil etmiş olur.
Aşağıdakı qrafikdə isə ümumi olaraq MDB-yə daxil olan ölkələrin buraxdığı istiqrazların qaytarılma müddətinə görə dollar ekvivalentində həcmi göstərilib.

Qeyd edim ki, yuxarıdakı məlumatlar istiqraz bazarlarının böyük bir hissəsinin Rusiya dövlətinin payına düşdüyünü göstərir. Bunu qeyd etməkdə məqsəd ondan ibarətdir ki, hazırda Rusiyaya qarşı olan sanksiyalar müəyyən mənada digər ölkələr üçün də fəsadlar doğura bilər. Aşağıda Rusiyanın istiqraz bazarı təhlil olunub.
Rusiya istiqraz bazarının ümumi həcmi 438 milyard ABŞ dolları təşkil edir. Aşağıda həcmcə valyutalar arası bölgü verilib.

Görmək olur ki, ümumi həcmin 384 milyard USD ekvivalentində rublda olan istiqrazların payına (88%), 47,4 milyard ABŞ dollarında olan istiqrazların (11%) yerdə qalan çox kiçik hissə isə avro və TRY payına düşür. Bir sözlə, dollarda olan borclanmanın düşünüləndən daha aşağı olduğu görsənir. Qeyd edim ki, bu bölgüdə bütün istiqrazlar həm dövlət, həm də korporativ istiqrazlar nəzərə alınıb. Aşağıda isə qaytarılma müddətinə görə həcmcə bu istiqrazların bölgüsü verilib.

İndi isə Rusiyanın dövlət istiqrazlarına baxaq. Rusiyanın dövlət istiqrazlarının həcmi dollar ekvivalentində 255 milyard dollardır. Bunun 88%-i (214 milayrd ABŞ dolları) Rublda olan istiqrazların, 14%-i ABŞ dollarının (35,18 milyard ABŞ dolları), 2% isə Avronun (5,9 milyard ABŞ dolları) payına düşür. Bir sözlə, xarici valyutada olan dövlət istiqrazların ümumi həcmi 41 milyard ABŞ dollar ekvivalentində olmaqla, sayca 14-ü ABŞ dollarında buraxılmış, 4-ü isə avroda buraxılmış istiqrazların payına düşür. Yəni Rusiyanın sayca xarici valyutada buraxılan 18 ədəd dövlət istiqrazı mövcuddur.
Aşağıda isə dövlət istiqrazlarının qaytarılma müddətinə görə valyutalar üzrə bölgüsü təqdim olunub.

Ən əsas sual ondan ibarətdir ki, Rusiya dövləti ona qarşı sürülmüş sərt sansksiyalar qarşılığında xarici valyutada olan 35 milyard ABŞ dollarında olan dövlət istiqrazları və həmçinin, 5,9 milyard ABŞ dolları ekvivalentində olan avroda buraxılmış istiqraz üzrə öz öhdəliklərini tam icra edəcəkmi? Maraqlısı odur ki, 2022-ci ilin aprel ayının 4-ü nominalı 2 milyard ABŞ dolları olan dövlət istiqrazının qaytarılma vaxtıdır. Növbəti önəmli sual isə belədir: Rusiya bu borcu qaytaracaqmı?
Aşağıda bu istiqrazın qiymət dəyişimi göstərilib.

İkinci məqam: iqtisadiyyat qarşılıqlı əlaqələr şəklində qurulur. Yuxarıda qeyd edilən borcun alıcılarının kimlər olması da çox maraqlıdr. Bu yaxınlarda “Bloomberg”də bir məqalədə yuxarıda qeyd edilmiş dövlət istiqrazlarının hansı bankların menecerləri tərəfindən tərəfindən investisiya edildiyi bildirilmişdir: 1,5 milyard ABŞ dolları olmaqla “BlackRock” qərarlaşmışdır. Bundan sonra bir çox Avropa və hətta ABŞ banklarının portfel mecerləri tərəfindən Rusiyanın dövlət istiqrazlarına investisiya edildiyi bəlli olur. Yəni Rusiya müflis olacağı halda qeyd edilən banklar da bununla bağlı itkilərə sahib olacaq.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
21 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
21 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
21 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
21 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
23 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















