TuranBank 2022-ci ilin ilk rübünü 1 milyon manat mənfəətlə başa vurdu
Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2022-ci ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.
Bankın yaydığı press-relizdə bildirilir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank cari ilin 1-ci rübünü 1 milyon 13 min manat mənfəətlə başa vurmuşdur.
Məlumatda qeyd edilib ki, 2022-ci ilin I rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 25,8% və ya 153,9 milyon manat artaraq 751,6 milyon manat, o cümlədən müştərilərə verilmiş kreditlər 28,3% və ya 100,9 milyon manat artaraq 457 milyon manat təşkil etmişdir. Daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank-ın depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin I rübündə cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,9% və ya 121,1 milyon artaraq 432,2 milyon manat, fiziki şəxslərin depozitləri isə 30,7% və ya 65 milyon manat artaraq 276,6 milyon manat təşkil etmişdir. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 15.2% artaraq 94,9 milyon manat olmuşdur.
2022-ci ilin I rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında 3 il müddətinə 10 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Həmçinin institusional inkişafın dəstəklənməsi istiqamətində nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihəsini də uğurla tamamlamışdır. Bununla yanaşı, Bank Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V fondu ilə Azərbaycanda kənd yerlərində maliyyə xidmətlərinin əldə edilməsi və istifadəsinin yaxşılaşdırılması ilə Mikro və Kiçik Sahibkarların aktiv iqtisadi iştirakını gücləndirmək istiqamətində saziş imzalamışdır.
Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. 2022-ci ilin I rübü ərzində mobil əlavəsi üzərindən “Onlayn əmanət” xidməti istifadəyə verilməklə yanaşı, Azərcell abunəçiləri üçün mobil əlavəni internetsiz istifadə etmə imkanı da müştərilərin ixtiyarına verilmişdir. Bildirək ki, mobilbank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“Kristal Bakı” vergi borcu iddialarını rədd etdi – Media qurumlarına xəbərdarlıq: Məhkəməyə müraciət ediləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
16 d. əvvəl
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
27 d. əvvəl
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
-
51 d. əvvəl
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
-
1 saat əvvəl
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
-
2 saat əvvəl
Energetika naziri: “Qaza artan tələbat fonunda investisiya qərarları bu gün verilməlidir”
-
2 saat əvvəl
Daha bir BOKT istiqraz buraxılışına hazırlaşır – Səhmdarların növbədənkənar yığıncağı çağırıldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Energetika naziri: “Qaza artan tələbat fonunda investisiya qərarları bu gün verilməlidir”
Ən çox oxunanlar
Daha bir BOKT istiqraz buraxılışına hazırlaşır – Səhmdarların növbədənkənar yığıncağı çağırıldı
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
Tikinti sektorunda yeni islahatlar başlayır: tikintiyə icazə prosedurları dəyişdiriləcək – Komissiya yaradıldı
İstiqraz bazarında növbəti təklif – İllik 15%, müddət 2 il
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
Azərbaycanda mal əti istehsalı azalıb – rəsmi rəqəmlər
Oktyabrın 27-də gözlənilən hava şəraiti























