Xarici ticarətiniz “Ziraat Bank Azərbaycan” ilə daha etibarlı!
Ziraat Bank Azərbaycan xarici ticarətdə istifadə edilən Akkreditiv və Bank zəmanət məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir. Bununla yanaşı, Ziraat Bank Azərbaycan ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilmənin də həyata keçirilməsini təmin edir.(®) Ölkələrin dayanıqlı inkişafının təmin edilməsində xarici ticarətin çox mühüm rolu vardır. İstehsal olunan məhsul və xidmətlərin ixrac sahəsinin genişləndirilməsində və ölkəyə idxal edilən məhsul və xidmətlərin zamanında, effektiv idxalının təmin edilməsində isə Bankların təqdim etdiyi təkliflər xüsusi əhəmiyyət kəsb edir.
Ölkə iqtisadiyyatının inkişafını əsas missiyası olaraq mənimsəyən “Ziraat Bank Azərbaycan” ASC xarici ticarət ilə məşğul olan sahibkarlara bank dəstəyinin verilməsini özünün prioritet məsələsi kimi müəyyən etmişdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu “Global Finance” nəşri Ziraat Bank Azərbaycanı Respublikada “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görmüşdür.
Bankın Dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olması ona ticarət istiqamətində müqayisəli üstünlüklər təmin edir. Belə ki, Ziraat Bank Azərbaycan xarici ticarətdə istifadə edilən Akkreditiv və Bank zəmanət məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir. Bununla yanaşı, Ziraat Bank Azərbaycan ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilmənin də həyata keçirilməsini təmin edir.
Ticarətə verdiyi töhfələrlə kifayətlənməyən Bank, xarici ticarət ilə məşğul olan müştərilərinin təlabatlarına müvafiq təklif etdiyi xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Belə ki, Bank tərəfindən verilən məlumata əsasən Azərbaycanda fəaliyyət göstərən şirkətlərin Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi ölkələrdən olan sahibkarlarla əlaqələrinin təmin edilməsi üçün xüsusi platformanın hazırlanma layihəsi davam etdirilir və yaxın zamanda bankın müştəriləri bu müqayisəli üstünlükdən faydalanaraq xaricdə öz məhsullarına yeni bazarlar əldə etmək imkanına sahib olacaqlar.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Kristal Bakı” vergi borcu iddialarını rədd etdi – Media qurumlarına xəbərdarlıq: Məhkəməyə müraciət ediləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
28 d. sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
25 d. əvvəl
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
-
1 saat əvvəl
Energetika naziri: “Qaza artan tələbat fonunda investisiya qərarları bu gün verilməlidir”
-
1 saat əvvəl
Daha bir BOKT istiqraz buraxılışına hazırlaşır – Səhmdarların növbədənkənar yığıncağı çağırıldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Daha bir BOKT istiqraz buraxılışına hazırlaşır – Səhmdarların növbədənkənar yığıncağı çağırıldı
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
Ən çox oxunanlar
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
Tikinti sektorunda yeni islahatlara başlayır: tikintiyə icazə prosedurları dəyişdiriləcək – Komissiya yaradıldı
İstiqraz bazarında növbəti təklif – İllik 15%, müddət 2 il
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
Azərbaycanda mal əti istehsalı azalıb – rəsmi rəqəmlər
Oktyabrın 27-də gözlənilən hava şəraiti
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
























