Şəki üçün Avropa bankından 90 milyon avroya yaxın borc alına bilər
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şəki şəhərində və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və yağış sularının axıdılması şəbəkələrinin, həmçinin çirkab suların təmizlənməsi stansiyasında bioloji təmizləyici qurğuların tikintisi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) 89 milyon avro məbləğində kredit verilməsi imkanını araşdırır.
Bu barədə EBRD-yə istinadən xəbər verilir.
Layihə Şəki və qonşu yaşayış məntəqələrində - Oxud, Kiş və Qoxmuqda etibarlı su təchizatı və tullantı su şəbəkəsini təmin edən müasir və davamlı infrastrukturun yaradılmasına, həmçinin daşqınlardan müdafiə üçün yağış suları sistemlərinin genişləndirilməsinə yönəlib.
"Layihənin təmizlənməmiş çirkab sularından yaranan çirklənməni və emissiyaları azaltmaq, səth sularının keyfiyyətini yaxşılaşdırmaq və iqlim risklərinə qarşı dayanıqlığı artırmaqla ətraf mühitə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyi gözlənilir", - bankın məlumatında qeyd olunur.
Bu layihənin həyata keçirilməsi "yaşıl keçid"in təşviqində mühüm addım olacaq, çünki su itkisini azaltmağa, enerji səmərəliliyini artırmağa və çirkab sularının lazımi şəkildə təmizlənməsini təmin etməyə imkan verəcək.
Bundan əlavə, təşəbbüs "inklüziv keçid" komponenti - su sektorunun mütəxəssisləri üçün təlim və ixtisasartırma proqramının hazırlanmasını əhatə edir.
Layihənin ümumi dəyəri 93 milyon avro qiymətləndirilir. Bunun da 4 milyon avroyadək hissəsinin investisiya qrantı şəklində cəlb edilməsi planlaşdırılır. EBRD-nin Direktorlar Şurasında kreditin təsdiqlənməsi məsələsinə baxılması 2026-cı il fevralın 11-nə planlaşdırılır.
Bu il sentyabrın 30-na EBRD-nin Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro qiymətləndirilir. EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i və yaxud 842 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 56 milyon avrosu maliyyə institutlarına, 5 %-i və yaxud 49 milyon avrosu isə korporativ sektora yönəldilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 30 d. əvvəl
-
35 d. əvvəl
SOCAR və Coca-Cola əməkdaşlıq imkanlarını müzakirə ediblər
-
- 46 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Polad incəsənətə çevriləndə “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb
SOCAR və Coca-Cola əməkdaşlıq imkanlarını müzakirə ediblər
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Qlobal bazarlarda son vəziyyət
Azərbaycanda qaz hasilatı 7,4% artıb
Türkiyədə işsizlik səviyyəsi artıb
Ən çox oxunanlar
Kredit götürərkən bunlara diqqət edin
Sığorta haqları 13%, sığorta ödənişləri 23% artıb
Şəki üçün Avropa bankından 90 milyon avroya yaxın borc alına bilər
ABŞ və Çinin bir sıra mübahisəli məsələlər üzrə razılığa gəldikləri açıqlanıb - Qlobal bazarlarda gərginlik azala bilər
"Novartis" nadir xəstəliklər üçün dərman hazırlayan ABŞ şirkətini 12 milyard dollara alır
YouTube, musiqi sənayesinə 1 il ərzində 8 milyard dollar ödəyib
BOKT-a əlavə maya qoyulub
Azərbaycanda 5 bankın depozit portfeli 1,5 milyard manatdan çoxdur















.jpg)





.jpg)



