ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
"ABB İnvest" və UNEC arasında strateji əməkdaşlıq memorandumu imzalanıbAzərbaycanın maliyyə–investisiya sektorunun aparıcı şirkətlərindən "ABB-İnvest İnvestisiya Şirkəti" QSC (ABB Invest) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlığın əsas məqsədi kapital bazarlarında bilik və təcrübə mübadiləsini gücləndirmək, maliyyə savadlılığının artırılmasına yönəlmiş birgə layihələr həyata keçirmək, eləcə də UNEC tələbələri üçün praktiki bacarıqlarını inkişaf etdirmək imkanlarını yaratmaqdır.
Bu əməkdaşlıq həm UNEC, həm də Kapital bazarı sektorunun inkişafı üçün önəmli bir addımdır. Layihə ölkədə qiymətli kağızlar bazarının dayanıqlı inkişafına, ixtisaslı kadrların formalaşmasına və təhsil–biznes əməkdaşlığının möhkəmlənməsinə töhfə verəcək.
Bu əməkdaşlıq vasitəsilə tələbələr maliyyə dünyasının dinamikalarını daha yaxından tanıyacaq, nəzəri biliklərini praktik bacarıqlara çevirəcək və gələcəyin peşəkar mütəxəssisləri kimi formalaşacaqlar. Bu, həm də ölkəmizin kapital bazarı üçün yüksək maliyyə savadlılığına malik kadr potensialının yaradılması deməkdir.
Əməkdaşlığın əsas istiqamətləri:
Peşəkar Təcrübə Proqramları: UNEC tələbələri ABB Invest-də real iş proseslərinə qoşularaq praktiki biliklərini möhkəmləndirəcək, şirkət əməkdaşları isə universitetdə akademik seminarlar təqdim edəcəklər.
Qiymətli Kağızlar üzrə Maarifləndirici Təlimlər: UNEC və ABB Invest tərəfindən tələbələr və geniş ictimaiyyət üçün maliyyə savadlılığını yüksəldən birgə təlimlər keçiriləcək.
Elmi və Ədəbiyyat Dəstəyi: UNEC, ABB Invest-i maliyyə və iqtisadiyyat sahələrinə dair ən son kitab və elmi məqalələrlə təmin edərək bilik mübadiləsini stimullaşdıracaq.
Karyera İmkanları: Təcrübə proqramını uğurla başa vuran ən istedadlı tələbələr üçün ABB Invest-də daimi iş imkanı qazanmaq perspektivi yaranır.
Geniş Əməkdaşlıq Potensialı: Tərəflər gələcəkdə qarşılıqlı maraq doğuran digər innovativ və investisiya layihələrində də birgə fəaliyyət göstərəcəklər.
Bu təşəbbüs, təhsil və maliyyə sektorlarının birgə fəaliyyəti nəticəsində ölkədə insan kapitalının inkişafına və maliyyə savadlılığının artırılmasına xidmət edən mühüm addımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
42 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























