970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar

Azərbaycanda iş icazəsi olan 6 min 257 əcnəbi və vətəndaşlığı olmayan şəxsin dörddə birindən çoxu tikinti sahəsi üzrə icazə alıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 449,4 min nəfər olmuş, onlardan 5 milyon 168,7 min nəfərini məşğul əhali, 280,7 min nəfərini qeyri-məşğul əhali təşkil etmişdir.

Marja.az Dövlət Statistika Komitəsinin “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsinin yanvar–oktyabr buraxılışına istinadən xəbər verir ki,  cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər, o cümlədən dövlət sektorunda 836,8 min nəfər, qeyri-dövlət sektorunda isə 954,0 min nəfər təşkil etmişdir.

Reklam_3_11

İqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1760,3 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,9 faizi emal sənayesində, 6,9 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,7 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

2026-cı ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6257 nəfər olmuşdur. Onlardan 25,5 faizi tikintidə, 10,5 faizi mədənçıxarma sənayesində, 10,1 faizi emal sənayesində, 8,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 7,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi təhsil və 32,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.

2026-cı il noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 253,8 min nəfər olmuş, onların 53,6 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,4 manat olmuşdur. 

Azərbaycanda məşğulluq qeydiyyata alınmış işsizlər işsiz qadınların payı işsizlikdən sığorta ödənişi iqtisadi fəal əhali muzdla çalışan işçilər dövlət sektorunda məşğulluq qeyri-dövlət sektorunda məşğulluq neft-qaz sektorunda məşğulluq əcnəbilərə iş icazəsi Dövlət Məşğulluq Agentliyi Dövlət Statistika Komitəsi
20.11.2026 16:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19