970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq

Qalibi Azərbaycanı beynəlxalq səhnədə təmsil etmək imkanı qazanacaq. 94 ölkədən 1 300-dən çox müraciət – “INMerge 2026” üçün 120 startap seçilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

INMerge 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 000 ABŞ dolları qazanacaq

PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq. Sammit çərçivəsində seçilmiş startaplardan 40-dan çoxu “INBattle” startap yarışmasının səhnəsində çıxış edəcək. Yarışmanın qalibi 50 000 ABŞ dolları məbləğində pul mükafatı ilə yanaşı, “Startup World Cup 2027” səhnəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

“INMerge 2026” çərçivəsində 94 ölkədən daxil olan 1300-dən çox startap müraciəti arasından seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə iştirakçının bir araya gəlməsi gözlənilir. Bu ilki sammitin əsas istiqamətlərindən biri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.

Sammitdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrində dünya miqyasında tanınan 200-dən çox spiker iştirak edəcək. Onların sırasında beşqat “Grand Slam” çempionu və sahibkar Mariya Şarapova, Google X-in keçmiş baş biznes direktoru Mo Qavdat, Nike-ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir yer alır.

Mariya Şarapova 2025-ci ildə “International Tennis Hall of Fame”ə daxil edilib. Hazırda sahibkar və investor kimi fəaliyyət göstərən Şarapova “Moncler” şirkətinin direktorlar şurasının üzvü və “New York Times Best Seller” siyahısına daxil olmuş kitabın müəllifidir. Mo Qavdat “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, süni intellekt və onun cəmiyyətə təsiri üzrə tanınmış ekspertdir. Qreq Hoffman təxminən 30 il Nike şirkətində çalışaraq təcrübəçi vəzifəsindən baş marketinq direktoru vəzifəsinədək yüksəlib. O, “Emotion by Design” kitabının müəllifidir. Coel Mokir Nortvestern Universitetinin professoru və tanınmış iqtisadi tarixçidir. Texnoloji tərəqqi və iqtisadi artım üzrə tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Spikerlərin tam siyahısı və biletlərlə bağlı ətraflı məlumat inmerge.az saytında təqdim olunur.

“INMerge” haqqında

PAŞA Holding-in təsis etdiyi və təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilən innovasiya və texnologiya sammitidir. Sammit Azərbaycan, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan korporasiyaları, investorları, startapları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək regional əməkdaşlığı dəstəkləyir və Bakının innovasiya mərkəzi kimi inkişafına töhfə verir.

INMerge 2026 INMerge İnnovasiya Sammiti INBattle startap yarışması 50 min dollar mükafat Startup World Cup 2027 PAŞA Holding Bakı Konqres Mərkəzi Bakıda startap yarışması Mariya Şarapova Coel Mokir Mo Qavdat Qreq Hoffman INMerge biletləri
20.11.2026 17:15
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19