Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərikard finteklər üçün yeni imkanlar təqdim edib

Azərikard Developer Portalını istifadəyə verdi – finteklər ödəniş sisteminə inteqrasiyaya müstəqil başlaya biləcəklər. Real ödənişdən əvvəl sınaq – finteklər və merçantlar Azərikardın yeni portalında test əməliyyatları apara bilərlər
AzVak-mobil_resmin_ustu_31
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı prosessinq şirkətlərindən olan Azərikard fintek şirkətləri və merçantlar üçün ödəniş infrastrukturuna inteqrasiyanı sadələşdirən Developer Portalını istifadəyə verib.

developer.azericard.com ünvanında fəaliyyət göstərən platforma tərəfdaşlara Azərikardın ödəniş xidmətləri ilə inteqrasiyaya müstəqil şəkildə başlamaq, texniki sənədlərlə tanış olmaq və öz həllərini test mühitində yoxlamaq imkanı yaradır.

Developer Portalın əsas üstünlüklərindən biri self-service, yəni özünəxidmət prinsipi əsasında inteqrasiya imkanlarının təqdim edilməsidir. Fintek şirkətləri və merçantlar portal vasitəsilə API sənədlərinə, inteqrasiya təlimatlarına, test məlumatlarına və müvafiq autentifikasiya mexanizmlərinə çıxış əldə edərək texniki hazırlıq və sınaq proseslərini müstəqil həyata keçirə bilirlər.

Platforma elektron kommersiya, Server-to-Server (S2S) inteqrasiyası, təkrarlanan ödənişlər (recurring payments), Apple Pay və Google Pay kimi müxtəlif ödəniş imkanları üzrə texniki sənədləri və inteqrasiya resurslarını bir araya gətirir. Sandbox mühiti tərəfdaşlara real maliyyə əməliyyatlarına başlamazdan əvvəl öz həllərini sınaqdan keçirməyə, test tranzaksiyaları həyata keçirməyə və texniki uyğunluğu yoxlamağa şərait yaradır.

Beləliklə, fintek şirkətləri yeni məhsullarının hazırlanmasına daha çox vaxt ayıra, standart inteqrasiya proseslərində əlavə texniki asılılıqları azalda və bazara çıxış üçün hazırlıq mərhələsini sürətləndirə bilirlər.

Azərikardın baş direktoru Fərid Quliyev bildirib: “Biz finteklərin inkişafını dəstəkləyən infrastruktur tərəfdaşı olmaq istəyirik. Bunun üçün ödəniş xidmətlərimizə çıxışı davamlı sadələşdirəcək, yeni imkanlar yaradacaq, tərəfdaşlarımızın texniki asılılıqlarını minimuma endirməyə çalışacağıq”.

Developer Portalın fəaliyyəti Azərikardın fintek ekosistemi ilə əməkdaşlığını genişləndirmək və ödəniş infrastrukturu üzərində yeni texnoloji həllərin yaradılmasını təşviq etmək strategiyasının mühüm istiqamətlərindəndir.

Şirkət növbəti mərhələlərdə də API imkanlarının genişləndirilməsini, inteqrasiya proseslərinin sadələşdirilməsini və tərəfdaşların daha müstəqil fəaliyyət göstərə bilməsi üçün yeni self-service funksionallıqlarının inkişafını davam etdirməyi hədəfləyir.

Azərikard Azericard Developer Portal developer.azericard.com ödəniş sisteminə inteqrasiya fintek şirkətləri merçantlar API sənədləri Sandbox test mühiti S2S inteqrasiyası təkrarlanan ödənişlər Apple Pay Google Pay Fərid Quliyev
20.11.2026 16:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19