Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı” forumu keçirilib. Tədbir çərçivəsində “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” mövzusunda panel müzakirəsi təşkil olunub.

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın təşviqi məqsədilə qəbul edilən yeni qərarlar barədə məlumat verib.

O, Aqrar Subsidiya Şurasının son qərarları ilə dövlət dəstəyi mexanizmlərinin daha da genişləndirildiyini vurğulayıb. Bildirib ki, AKİA-nın əsas məqsədlərindən biri kiçik və orta fermerlərin, eləcə də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına əlçatanlığını yaxşılaşdırmaqdır. Bu istiqamətdə pilot layihə çərçivəsində dövlət dəstəyi ilə aqrar kredit kooperativlərinin və onların ittifaqının yaradılması nəzərdə tutulur.

Müzakirələr zamanı dövlət dəstəyindən asılı olmayan, zamanla öz resursları hesabına inkişaf edə bilən rəqabətqabiliyyətli və dayanıqlı aqrar sahibkarlığın formalaşdırılması, eləcə də istehsaldan emala, saxlanmadan satışa qədər bütün mərhələləri əhatə edən dəyər zəncirinin inkişaf etdirilməsi əsas prioritetlər kimi vurğulanıb. Aqrar maliyyələşmənin məşğulluğun artırılmasında roluna toxunulub, əsas məqsədin yalnız iş yerlərinin sayını artırmaq deyil, həm də daha məhsuldar və yüksək gəlirli məşğulluq imkanları yaratmaq olduğu bildirilib. Diqqətə çatdırılıb ki, müasir kənd təsərrüfatı texnikası və avadanlıqlarına tətbiq edilən güzəştlər, eləcə də kiçik və orta fermerlərin dövlət dəstəyi ilə təsərrüfatlarını genişləndirməsi aqrar sahə ilə yanaşı, logistika, texniki xidmət, saxlama və qablaşdırma kimi əlaqəli sahələrdə də yeni iş yerlərinin yaradılmasına şərait yaradır.

Qeyd edək ki, cari ildə AKİA tərəfindən fermerlərin aldığı 304 milyon manat dəyərində 10 mindən çox kənd təsərrüfatı texnikası və avadanlığının alınması maliyyələşdirilib. Bu məqsədlə 70 milyon manat kredit və lizinq, 100 milyon manatdan artıq güzəşt vəsaiti ayrılıb. O cümlədən 7 min hektar sahədə quraşdırılan müasir suvarma sistemlərinə 13 milyon manatdan çox güzəşt tətbiq edilib.

Yeni iş axtarırsınız? Azvak.az veb-saytına baxa bilərsiniz

20.11.2026 17:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19