970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib

AzVak-mobil_resmin_ustu_31
Anthropic səhmləri ilk birja günündən sonra10  faiz ucuzlaşıb, Nasdaq geriləyib
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ fond bazarında cümə günü əsas indekslər fərqli istiqamətlərdə hərəkət edib. Texnologiya şirkətlərinin səhmlərində satışlar fonunda Nasdaq Composite 2.20 faiz, S&P 500 1.1 faiz düşüb. Dow Jones isə 421 bənd və ya 0,8 faiz yüksəlib.

Marja.az  xəbər verir ki, süni intellekt şirkəti Anthropic-in səhmləri cümə axşamı Nasdaq-da ilk ticarət günündə 17 faiz bahalaşdıqdan sonra cümə günü 10 faiz ucuzlaşıb. Çip istehsalçılarından AMD-nin səhmləri 9,5 faiz, Nvidia-nın səhmləri 7 faiz, Micron Technology-nin səhmləri isə 11 faizdən çox dəyər itirib.

Dow Jones-un yüksəlişinə UnitedHealth və Walmart kimi şirkətlərin səhmlərindəki artım dəstək verib. Cümə axşamı hər üç əsas indeks 2 faizdən çox geriləmiş, Dow Jones isə iyun ayından bəri ilk dəfə 50 min bənddən aşağı bağlanmışdı. Həmin sessiyadan sonra indeks rekord bağlanış səviyyəsindən təxminən 10 faiz aşağı düşərək korreksiya həddinə yaxınlaşmışdı. Cümə gününün yüksəlişi Dow-u bu həddən uzaqlaşdırıb.

Catalyst Funds-un investisiya direktoru Devid Miller bildirib ki, texnologiya sektorundakı geriləmə fonunda Anthropic-in güclü birja debütü investorların süni intellektin inkişaf potensialına inandıqlarını, lakin bu potensiala görə hansı qiyməti ödəməyə hazır olduqları məsələsində daha seçici davrandıqlarını göstərir. Onun sözlərinə görə, Nvidia-nın rəhbərliyi ilə bağlı qeyri-müəyyənlik əlavə risk yaradır, güclü maliyyə nəticələrinə baxmayaraq səhmlərin ucuzlaşması isə investor etimadını bərpa etməyin çətin olacağını göstərir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Anthropic səhmləri Anthropic IPO Anthropic Nasdaq debütü Nasdaq Composite Dow Jones S&P 500 Nvidia səhmləri AMD səhmləri Micron Technology səhmləri süni intellekt səhmləri çip şirkətləri ABŞ fond bazarı Uoll-strit
20.11.2026 19:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19